ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

Süni zəka və Elm
22.11.2021 PAYLAŞIM

    NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom elektrostansiyasının inşası üzrə ideyaların təklif proqramını elan edib. Atom elektrostansiyası öz növbəsində Ayda mövcud olacaq bazanın daimi enerji ilə təmin olunmasına şərait yaradacaq. Məlumatda qeyd edilib ki, Ayda insanların daimi mövcudluqları Mars kimi digər planetlərin mənimsənilməsində ciddi rol oynayacaq. Ay üçün nəzərdə tutulmuş atom elektrostansiyasının Yer kürəsində inşa edilməsi və daha sonra onu Aya çatdırılması planlaşdırılır. Atom elektrostansiyasının energetik sisteminə uran vasitəsilə çalışan reaktor nüvəsi, istiliyi enerjiyə çevirən sistem, reaktorun qızmasının qarşısını almaq üçün idarə olunan istilik rejimi sistemi və enerjinin paylanması sistemi daxil olacaq.

    Bununla belə atom elektrostansiyasının gücü 40 kilovatdan az, istifadə müddət isə 10 ildən aşağı olmamalıdır. Bundan əlavə olaraq gözləntilərə əsasən Ay üçün olacaq atom elektrostansiyası insanların iştirakları olmadan uzaqdan aktivləşdirilə/deaktivləşdirilə və Ay üçün nəzərdə tutulmuş eniş modulu platformasından ştat rejimində çalışa bilər. Reaktorun Yer kürəsindən Aya göndərilməsi üçün o, diametri 4 metr, uzunluğu isə 6 metr olan xüsusi silindrin daxilinə yerləşdirilməlidir. Reaktorun çəkisi isə 6 tondan çox olmamalıdır. Elan edilmiş bu proqram çərçivəsində ideyalar gələn ilin 19 fevral tarixinə kimi qbul ediləcək. Atom elektrostansiyasının özünün inşası isə 2030-cu ilə kimi yekunlaşdırılmalıdır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Alimlər orqanizmdə xərçəng xəstəliyinin yayılmasına şərait yaradan geni deaktiv ..

Xərçəng xəstəliyinin orqanizmdə yayılması prosesini müşahidə edən zaman Prinston Universitetinin ali..


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..


Alimlər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirə biliblər (Vİ..

Müxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçı..

×