main-post-cover

    ABŞ, Çin və digər ölkələr hərbi münaqişələrdə süni zəkanın istifadəsini məhdudlaşdırmağı planlaşdırırlar

    Süni İntellekt
    20.02.2023
    Farid Pardashunas
        ABŞ və Çin də daxil olmaqla onlarla ölkə hərbi münaqişələrdə süni zəkanın istifadəsini məhdudlaşdırmaq niyyətindədirlər. Onlar süni zəkanı nüvə və kimyəvi silahlar ilə eyni səviyyədə tutmaq istəyirlər. 60-dan çox ölkə Niderlandın Haaqa şəhərində baş tutmuş konfrans zamanı süni zəkanın hərbi münaqişələrdə istifadəsini məhdudlaşdıracaq beynəlxalq qanunların hazırlanması barəsində fikirlərini səsləndiriblər. Çin baş tutmuş konfransa süni zəka sahəsində dünya liderlərindən biri kimi dəvət olunmuşdu.
        Ölkələrin və texnoloji şirkətlərin ümumilikdə 2000 nəfər təmsilçisi hərbi münaqişələrdə süni zəkanın istifadəsinin nizamlanmasını təmin etməyə çalışacaq xüsusi komissiya yaradacaq. Bu məsələdə iştirakçı rolunda olanlar hərbi münaqişələrdə süni zəkanın istifadəsi məsələsində əsas prinsipləri formalaşdıracaqlar. NATO-nun keçmiş komandiri general Joerg Vollmer-in fikrincə döyüş meydanında qərarlar insan tərəfindən verilməli və verilmiş qərarların bütün məsuliyyətini də o daşımalıdır. Haaqada baş tutmuş konfransın iştirakçıları düşünürlər ki, süni zəka insan sivilizasiyası üçün gözlənilməz nəticələrə səbəb ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər