main-post-cover

    ABŞ-da pasientə toxumalar vasitəsilə yetişdirilmiş qulaq transplantasiya edilib

    Süni İntellekt
    05.06.2022
    Farid Pardashunas
        ABŞ-da uğurla insan qulağının bərpası reallaşdırılıb. Tədqiqatçılar üçölçülü qulaq bioimplantını yaratmaq üçün pasientin toxumalarından istifadə ediblər. Yaradılmış bioimplantın transplantasiya əməliyyatı klinik testlər çərçivəsində reallaşdırılıb. Bu üsul ilə tədqiqatçılar mikrotiyadan (qulağın anadangəlmə qeyri-inkişafı və ya ümumiyyətlə mövcud olmaması) əziyyət çəkən insanlarda yeni implantların təhlükəsiz və effektiv olduqlarını yoxlamaq istəyirlər. Mikrotiyadan əziyyət çəkmiş pasient üçün nəzərdə tutulmuş implant 3DBio Therapeutics şirkəti tərəfindən hazırlanıb. İmplantın transplantasiya əməliyyatına isə Mikrotiya və Anadangəlmə Qulaq Deformasiya İnstitutunun direktoru Arturo Bonilla rəhbərlik edib. Yeni növ bioimplantın yaradılması pasientin sağlam qulağının 3D skanına əsaslanır.
        Skan prosesindən sonra qulağın maketi yaradılır. Daha sonra pasientin qulaq qığırdağının nümunələrini yığırlar və onun lazımi miqdarını yetişdirirlər. Yetişdiriləndən sonra qulaq qığırdağının hüceyrələri kollagen əsaslı bioloji mürəkkəb ilə qarışdırılır və əldə edilmiş qarışıqdan xarici qulaq əldə edilir. İlk növbədə çap edilmiş implant biloji şəkildə parçalanan qabığın daxilinə yerləşirilir Həmin qabıq isə qulağın ilkin mərhələlərində onu dəstəkləyir. Müəyyən müddətdən sonra isə sözügedən qabıq insan bədənində parçalanır. Faktiki olaraq yeni qulaq pasient bədəninə köçürülündən sonra yetişməyə başlayır. Müyyən müddətdən sonra isə o, adi qulağın formasını əldə edir. Mütəxəssislər qeyd ediblər ki, bu implantın klinik testlərində daha 11 nəfər iştirak edəcək. 3DBio Therapeutics şirkəti isə daha ağır mikrotiya növlərindən əziyyət çəkənlər üçün xüsusi implantların yaradılmasını da planlaşdırır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər