ABŞ-da Süni Zəka Təhlükəsizliyi İnstitutu layihəsi işə salınıb
Süni İntellekt
01.11.2023
Emil Nəcəfov
Böyük Britaniyada süni zəka təhlükəsizliyi mövzusunda keçirilmiş sammitdə iştirak etmiş ABŞ vitse-prezidenti Kamala Harris ABŞ-da Süni Zəka Təhlükəsizliyi İnstitutu layihəsinin işə salındığını elan edib. Sözügedən institut ABŞ Milli Texnologiyalar və Standartlar İnstitutu (NIST) çərçivəsində yaradılacaq. İnstitutun əsas tapşırığı isə potensial təhlükəli süni zəka sistemlərinin test olunması və qiymətləndirilməsi üçün lazım olan məsləhətlər ilə standartların formalaşdırılması olacaq.
İnstitut əsasən kiberhücumların modelləşdirilməsi üzrə sınaqlar aparacaq, süni zəka tərəfindən tərtib edilmiş kontentlərin identifikasiya məsələləri ilə məşğul olacaq və süni zəka texnologiyalarının istifadəsində şəffaflığın təmin olunmasına hədəflənəcək. Kamala Harris-in sözlərinə əsasən texnoloji şirkətlər çox zaman gəlirə hədəfləndikləri üçün istifadəçilərin təhlükəsizliklərini nəzərə almırlar. Buna görə də innovasiyaların qarşısını almadan süni zəka sahəsinin tənzimlənməsini gücləndirmək lazımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
DeepMind həmtəsisçisi süni zəkanın tez zamanda yaradılması ideyasından imtina edilməsinin tərəfdarıdır
DeepMind həmtəsisçisi süni zəkanın tez zamanda yaradılması ideyasından imtina edilməsinin tərəfdarıdır
Süni zəka sahəsində fəaliyyət göstərən və Google şirkətinə məxsus olan DeepMind laboratoriyasının həmtəsisçisi Demis Hassabis Böyük Britaniyada keçirilmiş sammit çərçivəsində süni zəkanın tez zamanda yaradılması cəhdindən imtina etməyə çağırışlar edib.
Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər
Elon Musk-ın fikrincə "ekoloji" süni zəka insanları məhv edə bilər
Elon Musk xəbərdarlıq edib ki, ekoloji hərəkat nümayəndələri tərəfindən proqramlaşdırılmış süni zəka insanların məhvinə səbəb ola bilər.
BMT süni zəka ilə bağlı məsləhət şurası yaradıb
BMT süni zəka ilə bağlı məsləhət şurası yaradıb
BMT süni zəka texnologiyasının beynəlxalq səviyyədə tənzimlənməsi üzrə məsləhətlərin təşkilinə istiqamətlənmiş yeni məsləhət şurasını yaradıb.
Meta-nın süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır
Meta-nın süni zəka mütəxəssisi texnologiyanın məhdudlaşdırılmasına qarşıdır
Meta şirkətinin süni zəka üzrə baş mütəxəssisi Yann LeCun bildirib ki, seni zəkanın hal hazırki inkişaf səviyyəsi aşağıdır və buna görə də onu tənzimləməyə ehtiyac yoxdur.
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube musiqiçilərin səslərini kopyalayan süni zəka texnologiyasını hazırlayır
Youtube kontent müəllifləri üçün musiqiçilərin səslərini kopyalaya biləcək süni zəka əsaslı texnologiya üzərində çalışır.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!