Logo
    main-post-cover

    ABŞ DeepSeek-ə qarşı qadağa qərarını təxirə saldı

        ABŞ administrasiyası Çin mənşəli süni intellekt şirkəti DeepSeek-in fəaliyyətinə qarşı sərt addım atmağa tələsmir. Reuters-in yaydığı məlumata görə, şirkətin ABŞ Ticarət Nazirliyinin "Entity List" siyahısına əlavə olunması prosesi hələlik təxirə salınıb. "Entity List" ABŞ hökumətinin milli təhlükəsizlik riski hesab etdiyi xarici şirkətlərə tətbiq etdiyi məhdudiyyətlər siyahısıdır. Bu siyahıya daxil edilən şirkətlər ABŞ texnologiyalarına və bazarına çıxış imkanlarını böyük ölçüdə itirirlər. Daha əvvəl Çin texnologiya nəhəngi Huawei də 2019-cu ildə bu siyahıya salınmışdı.
    Bogus 'DeepSeek' AI Installers Are Infecting Devices with Malware, Research  Finds | McAfee Blog
        Məlumata görə, DeepSeek ötən il ABŞ tərəfindən məhdudiyyət tətbiq olunması nəzərdə tutulan 100-dən çox şirkət arasında yer alırdı. Lakin Vaşinqton və Pekin arasında onsuz da gərgin olan münasibətlərin daha da pisləşməsinin qarşısını almaq üçün qərarın icrası təxirə salınıb. Hazırda DeepSeek-in gələcəkdə siyahıya daxil ediləcəyi ilə bağlı dəqiq tarix açıqlanmayıb.
        Bu həftə DeepSeek ilk investisiya raundunda 50 milyard yuandan (təxminən 7,4 milyard dollar) çox vəsait cəlb edib. Şirkətin bazar dəyərinin artıq 50 milyard dolları keçdiyi bildirilir. Müqayisə üçün, ABŞ-nin aparıcı süni intellekt şirkətləri Anthropic və OpenAI-ın dəyəri müvafiq olaraq 965 milyard və 852 milyard dollar səviyyəsində qiymətləndirilir. DeepSeek-in əsas fərqləndirici xüsusiyyətlərindən biri qabaqcıl süni intellekt modelini açıq mənbə (open-source) olaraq təqdim etməsidir. Şirkətin modelləri MIT lisenziyası ilə yayımlandığından istifadəçilər onları pulsuz yükləyə, dəyişdirə və fərqli layihələrdə istifadə edə bilirlər.
        Buna baxmayaraq, ABŞ-də DeepSeek ilə bağlı təhlükəsizlik narahatlıqları davam edir. Nyu-York ştatı ötən ilin fevralında, Texas isə yanvar ayında DeepSeek tətbiqinin dövlət qurumlarına məxsus cihazlarda istifadəsini qadağan etmişdi.
    Paylaş