
ABŞ generativ süni zəka sistemlərinin risklərini könüllü mütəxəssislər vasitəsilə aradan qaldırmağa çalışacaq
Süni İntellekt
24.06.2023
Emil
ABŞ hökuməti ictimaiyyətin süni zəka sahəsi ilə bağlı ixtisaslı təmsilçilərini generativ süni zəka sistemlərinin imkanlarından necə istifadə etmək və onlarla bağlı olan problemləri necə aradan qaldırmaq məsələlərində lazımi həllərin tapılmasında yardımçı olmağa çağırıb. ABŞ ticarət naziri Gina Raimondo elan edib ki, Milli Standartlar və Texnologiyalar İnstitutu süni zəka texnologiyaları ilə bağlı ictimai işçi qrupunu formalaşdırıb. Süni zəka texnologiyaları dedikdə isə əsasən mətn, foto, video, musiqi və proqram təminatı kodlarını tərtib etməyi bacaran generativ süni zəka sistemlərindən gedir.
Formalaşdırılmış ictimai işçi qrupu həmçinin süni zəka ilə bağlı risklərin aradan qaldırılmasına hədəflənmiş əsas tövsiyyələri tərtib edəcək. Təşkilatlar isə həmin tövsiyyələrdən faydalana biləcəklər. İctimai işçi qrupu özəl və dövlət sektorlarından texniki təcrübəyə sahib könüllü şəxslərdən təşkil ediləcək. Sözügedən işçi qrupunun uzunmüddətli perspektivdə əsas məqsədi sağlamlıq və iqlim dəyişikliyi kimi mövzularda problemlərin aradan qaldırılması üçün generativ süni zəka sistemlərinin istifadə imkanlarının analizi olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
