ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiyasını planlaşdırır

ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiyasını planlaşdırır

Süni zəka və Elm
05.05.2023 PAYLAŞIM

    ABŞ hökuməti dövlət qurumlarına süni zəkanın inteqrasiya edilməsi mövzusunda ictimaiyyət nümayəndələri ilə müzakirə aparmağı planlaşdırır. Müzakirə mövzusu kimi ABŞ hökumətinin süni zəka sistemlərindən istifadə siyasəti çıxış edəcək. ABŞ prezidenti administrasiyasında qeyd ediblər ki, süni zəka ən güclü müasir texnologiyalardan biridir. Lakin ondan iri miqyasda istifadə yalnız onunla bağlı olan risklərin minimuma endiriləcəyi halda mümkün ola bilər.

    Belə ki, innovasiyalar məsuliyyət xarakteri daşımalıdırlar. Siyasətçilər bu məsələ ilə bağlı ilkin fikirlərini yay fəslində təqdim edəcəklər. İctimaiyyət nümayəndələri isə siyasətçilərin hansısa qərarı qəbul etməmişdən öncə onların fikirlərini müzakirə edə biləcəklər. Bununla yanaşı məlumatda qeyd edilib ki, süni zəkanın dövlət qurumlarına inteqrasiyası proqramı süni zəka sahəsi ilə yaxından məşğul olan aparıcı şirkətlərin iştirakları ilə baş tutacaq. Həmin şirkətlərə misal olaraq Google, Microsoft, NVIDIA, OpenAI və s. şirkətləri gətirmək olar.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..

×