Logo
    main-post-cover

    ABŞ hökuməti güclü süni zəkanın hazırlanması üçün Manhetten layihəsi miqyasında təşəbbüsü irəli sürüb

    Süni İntellekt
    20.11.2024
    Emil
         ABŞ Konqresinin komissiyası Manhetten layihəsi miqyasında yeni təşəbbüsünü irəli sürüb. İrəli sürülmüş təşəbbüs insan zəkası səviyyəsində və ya ondan daha üstün səviyyədə çalışa biləcək ümumi süni zəka (AGI) sistemlərinin hazırlanması prosesinin maliyyələşdirilməsinə istiqamətlənib. ABŞ-Çin Münasibətlərinin İqtisadi və Təhlükəsizlik Nəzarəti Komissiyası (USCC) konqresdə qeyd edib ki, güclü süni zəkanın hazırlanması mövzusunda uğurun açarı dövlət və özəl sektorun əməkdaşlığındadır. Bununla belə komissiya bu mövzuda konkret investisiya strategiyasını hələ təqdim etməyib.
         Qeyd etmək lazımdır ki, İkinci Dünya Müharibəsi dövründə oxşar üsul ilə Manhetten layihəsi işə salınmışdı. Bu layihənin əsasını isə ABŞ dövləti ilə özəl sektorun əməkdaşlığı təşkil edirdi. Layihənin nəticəsi olaraq atom bombası yaradılmışdı. “Bütün tarix ərzində biz görmüşük ki, sürətli texnoloji dəyişiklik dövrlərindən ilk istifadə etmiş ölkələr çox zaman qlobal güc tarazlığına təsir göstərmək imkanına sahib olublar. Çin hal-hazırda AGI-ya istiqamətlənib. Bizim onları son dərəcə ciddi qəbul etməyimiz vacibdir” - deyə USCC-nın üzvü Jacob Helberg qeyd edib.
    Paylaş
    Bənzər xəbərlər