Reklam
ABŞ-ın hərbi süni zəka sistemi hərbi təhlükəni bir neçə gün öncədən təyin etməyi öyrənib

ABŞ-ın hərbi süni zəka sistemi hərbi təhlükəni bir neçə gün öncədən təyin etməyi öyrənib

Süni zəka və Elm
03.08.2021 PAYLAŞIM

    Amerikalı hərbçilər süni zəka texnologiyaları ilə təcrübələr aparmağa davam edirlər. Verilmiş yeni məlumata əsasən ABŞ Hərbi Qüvvələrinin şimal idarəetməsi (NORTHCOM) qlobal informasiya üstünlüyü təcrübəsi (Global Information Dominance Experiments / GIDE) çərçivəsində testlərini yekunlaşdırıb. Bu təcrübə süni zəka alqoritmləri və bulud hesablama əsasında qurulan informasiya sistemi hesabına keçirilir. Plana əsasən sözügedən texnologiya hadisələrin gedişatını bir neçə gün öncədən proqnozlaşdıracaq. Bu texnologiyanın istifadəsi hərbi və dövlət əməliyyatlarının keçirilməsi zamanı ciddi strateji dəyişikliklərə gətirib çıxardacaq.

    Machine Learning sistemi əsasında GIDE sistemi real zaman ərzində hansısa problemlərin olacağına işarə edən ən kiçik məlumat dəyişikliklərini təyin etmək bacarığına sahibdir. Məsələn əgər peyklərdən əldə olunmuş fotolar düşmən ölkənin sualtı gəmilərinin limandan ayrılmağa hazırlaşdıqlarını təyin edirlərsə, süni zəka alqoritmləri bu faktı qeydə alaraq güman edirlər ki, sualtı gəmi böyük ehtimal ilə limanı tərk edəcək. Bu dəyişiklikləri təyin etmək üçün hərbi analitiklər günlərlə məlumatları analiz etməli olardırlar. GIDE sistemi isə bu tapşırığın öhdəsindən bir neçə saniyə ərzində gəlir.


    ABŞ-ın Hərbi Qüvvələrinin şimal idarəetməsinə komandanlıq edən general Glen VanHerck bildirib ki, GIDE sistemi süni zəka resurlarını və bütün dünyada olan mənbələrdəki məlumatlarla birlikdə olan bulud hesablamanı özündə birləşdirir. Bu isə öz növbəsində informasiya və qərarların qəbul edilməsi üstünlüyünü təmin edir. Süni zəka sistemlərinin istifadəsi Pentaqonun hərbi potensialını daha yüksək səviyyəyə çıxardacaq. Məsələn baş verən hadisələrə reaksiya verib artıq köhnəlmiş məlumatlara ümid etmək əvəzinə hərbçilər fəal addımlar ata biləcəklər. Bu əsasən hərbi əməliyyatların keçirilməsi zamanı faydalı olacaq. Məlumatda qeyd edilib ki, süni zəka əsasında çalışan sistem həmçinin mülki əməliyyatlarda da faydalı olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...


Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı ..

×