Logo
    main-post-cover

    ABŞ-ın İT sektorunda işsizliyin artması səbəblərindən biri də süni zəka olub

        Keçən ay ABŞ-ın İT sektorunda işsizlik səviyyəsi 4.3%-ə yüksəlib. Bu isə ümummilli işsizlik səviyyəsi göstəricisindən (3.8%) yuxarıdır. Bu, süni zəka səbəbilə şirkətlər tərəfindən ilkin səviyyəli vəzifələrə yeni işçilərin qəbulu prosesindəki ləngimədən xəbər verir. Sentyabr ayında ABŞ-dakı işəgötürənlər ümumilikdə 336 000 yeni iş yeri yaratdılar. ABŞ Əmək Departamentinin (DOL) sözlərinə əsasən bu, yanvar ayından indiyənə kimi olmuş ən yüksək göstəricidir. ABŞ-ın İT sektorunda iş yerlərinin ixtisarı davam etsə də, ölkədə ümumi işsizlik səviyyəsi aşağı səviyyədə dayanır. Janco Associates adlı konsaltinq şirkəti DOL məlumatları əsasında bildirib ki, avqust ayında işsiz İT mütəxəssislərin sayı 106 000 nəfər insan təşkil edirdi və sentyabr ayında bu göstərici 117 000 nəfər insana yüksəlib.
        Proqram təminatının hazırlanması, telekommunikasiya, informasiya xidmətləri və məlumatların emalı da daxil olmaqla İT sektordakı iş yerlərinin ixtisarı son 3 ay ərzində 14 300 nəfər işçini əhatə edib. Son 1 il ərzində İT şirkətlərin rəhbərləri bulud servislərə və proqram təminatlarına xərcləri aşağı salmaqla bahalı İT layihələrin büdcələrini ixtisar etməli olublar. Eyni zamanda İT direktorlar şirkət rəhbərləri tərəfindən təzyiqə məruz qalırlar. Belə ki, rəhbərlər öz şirkətlərinin bizneslərində generativ süni zəka texnologiyasının istifadəsinin genişləndirilməsini tələb edirlər. Janco Associates şirkətinin icraçı direktoru Victor Janulaitis-in sözlərinə əsasən süni zəka müştəri xidməti və telekommunikasiya kimi ilkin səviyyəli vəzifələrin sayını azalda bilər.
        Hal hazırda süni zəka sistemlərinin kütləvi şəkildə inteqrasiyası səbəbilə şirkətlər öz işçiləri arasında irimiqyaslı ixtisarı reallaşdırmırlar. Lakin bununla belə həmin şirkətlər yüksək səviyyəli vəzifələr ilə müqayisədə ilkin səviyyəli vəzifələrə yeni yeni işçilərin qəbulu prosesini ləngidiblər. Süni zəka səbəbilə iş yerlərinin itirilməsi qorxusu ilə qarşılaşmış əksər ofis işçilərinin qorxularına baxmayaraq bu texnologiya artıq yeni peşələrin formalaşmasına səbəb olur. Buna misal olaraq süni zəka sahəsində yenidən hazırlıq müəllimlərini və sorğuların formalaşdırılması mühəndislərini gətirmək olar.
        CompTIA adlı ticarət qrupunun məlumatına əsasən sentyabr ayında İT sahədəki bütün vakansiyaların 26.5%-i inkişafda olan texnologiyalar ilə bağlı vakansiyalar olub. Vakansiyaların ümumi sayının 36%-i isə süni zəka sahəsini əhatə edib. CompTIA-nın tədqiqat şöbəsinin rəhbəri Tim Herbert-in sözlərinə əsasən hal hazırda şirkətlərin çoxu ya süni zəka imkanlarını qiymətləndirirlər ya da öz işçilərinin bu sahədəki bacarıqlarını genişləndirirlər. Buna görə də süni zəkanın iş mühitinə inteqrasiyası işçilərin say artımına səbəb olmayacaq. 
    Paylaş
    Bənzər xəbərlər