main-post-cover

    ABŞ-ın musiqi şirkəti süni zəka əsaslı reper ilə müqavilə bağlayıb (VİDEO)

    Süni İntellekt
    28.08.2022
    Farid Pardashunas
        Capitol Music Group musiqi şirkətinin təcrübi marketinq və biznes inkişafı üzrə icraçı vitse-prezidenti bildirib ki, şirkət süni zəka əsasında çalışan FN Meka adlı məşhur virtual reper ilə müqavilə bağlayıb. Qeyd etmək lazımdır ki, yaradıcılıq sahəsində fəaliyyət göstərən bu alqoritm TikTok-da artıq 10 milyon izləyici kütləsinə sahibdir. Bu barədə xəbər virtual reperin Capitol Records üçün ilk mahnısı ilə birlikdə işıq üzü görüb. Mahnı “Florida Water” adlanır və o, Gunna adlı real reper və Clix ləqəbli oyun streameri ilə birlikdə ifa edilir.
        Lakin mahnının mətni və instrumental hissələri süni zəka tərəfindən generasiya edilib. FN Meka adlı virtual reper Factory New musiqi şirkəti tərəfindən yaradılıb. Sözügedən alqoritm məşhur mahnıları analiz edir və yeni mahnının ərsəyə gətirilməsi üçün analiz edilmiş mahnılar əsasında cümlələr, akkordlar və melodiyalar hazırlayır. Sözügedən alqoritm hələ ki, lazımi səviyyədə insan səsini imitasiya edə bilmir. Lakin alqoritmi yaratmış şirkət artıq bunun üzərində çalışır. Capitol Music Group musiqi şirkətinin icraçı vitse-prezidentinin sözlərinə əsaəsn FN Meka musiqi sahəsinin gələcəyini artıq indidən sərgiləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər