Logo
    main-post-cover

    ABŞ kəşfiyyatı ictimaiyyətə açılmayan “Mythos” AI modelindən yararlanır

        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin (NSA) süni intellekt sahəsində diqqətçəkən addımı ortaya çıxıb. Məlumata görə, agentlik Anthropic tərəfindən hazırlanmış və ictimaiyyətə açıq şəkildə təqdim olunmayan “Mythos Preview” adlı modeldən istifadə edir.
    Claude: Anthropic's AI Assistant Reaches New Heights with Sonnet 4.5 Update  – Gräbner Omahna IT Consulitng
        Bu məlumat Axios tərəfindən yayımlanıb və xüsusi məqam ondan ibarətdir ki, bu əməkdaşlıq ABŞ Müdafiə Nazirliyi ilə Anthropic arasında gərginliyin fonunda baş verir. Belə ki, Department of Defense daha əvvəl şirkəti “təchizat zənciri riski” kimi qiymətləndirmişdi. Buna səbəb Anthropic-in öz AI modellərinə tam və məhdudiyyətsiz giriş verməkdən imtina etməsi olub.
        “Mythos” modeli bu ayın əvvəlində təqdim edilsə də, şirkət onun kiberhücum potensialının yüksək olduğunu əsas gətirərək geniş ictimaiyyət üçün əlçatan etməyib. Modelə yalnız təxminən 40 təşkilatın çıxışı olduğu bildirilir və onların hamısı açıqlanmayıb. Məlumata görə, NSA da bu siyahıya daxildir və modeli əsasən sistemlərdəki zəiflikləri aşkar etmək üçün istifadə edir.
        Eyni zamanda Böyük Britaniyanın AI Security Institute qurumu da bu modelə çıxış əldə etdiyini təsdiqləyib. Maraqlıdır ki, ABŞ ordusu bir tərəfdən Anthropic-in texnologiyalarından istifadə edərkən, digər tərəfdən məhkəmə proseslərində bu texnologiyaların milli təhlükəsizlik üçün risk yarada biləcəyini iddia edir. Mübahisənin əsas səbəblərindən biri isə Anthropic-in “Claude” modelinin kütləvi nəzarət və avtonom silah sistemlərində istifadəsinə icazə verməməsidir.
        Son məlumatlara görə, Anthropic ilə Ağ Ev arasındakı münasibətlərdə yumşalma müşahidə olunur. Şirkətin baş direktoru Dario Amodei yaxın zamanda Ağ Ev rəsmiləri ilə görüş keçirib və bu görüşün məhsuldar olduğu bildirilib.
    Paylaş