
ABŞ Milli Təhlükəsizlik Agentliyi süni zəka təhlükəsizliyi mərkəzini işə salıb
Süni İntellekt
03.10.2023
Emil
Süni zəkanın müdafiə sahəsinə inteqrasiyasının güclənməsi fonunda ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) süni zəkanın təhlükəsizliyi mərkəzini işə salıb. ABŞ hərbi qüvvələri generalı Paul Nakasone-nin sözlərinə əsasən işə salınmış mərkəz MTA-nın kibertəhlükəsizlik şöbəsinə daxil olacaq. ABŞ hərbi infrastrukturunun Çin, Rusiya və digərlərindən qorunması üçün MTA məhz bu şöbə çərçivəsində özəl şirkətlər və partnyorlar ilə əməkdaşlıq edir. "Hal hazırda biz, ABŞ-da süni zəka sahəsindəki üstünlüyümüzü qoruyub saxlayırıq" - deyə general qeyd edib.
General bildirib ki, ABŞ kəşfiyyat və müdafiə təşkilatları artıq süni zəkadan istifadə edirlər. "Biz, süni zəka tərəfindən olan yardımı görürük. Lakin yekun qərarın qəbul edilməsində mütləq şəkildə insan iştirak edəcək" - deyə general əlavə edib. Paul Nakasone-nin sözlərinə əsasən işə salınmış təhlükəsizlik mərkəzi süni zəkanın müdafiə və hərbi sahəyə təhlükəsiz şəkildə inteqrasiya edilməsi üzrə standartlar ilə məsləhətlərin tərtib edilməsilə məşğul olacaq. Mərkəz müxtəlif laboratoriyalar, şirkətlər, elm adamları və xarici partnyorlarla sıx əməkdaşlıq edəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
