Logo
    main-post-cover

    ABŞ şirkətlərində Çin AI modellərinə qarşı araşdırma başlayır

        ABŞ hökuməti Amerika şirkətlərinin Çin mənşəli süni intellekt modellərindən istifadəsinə qarşı daha sərt mövqe tutmağa hazırlaşır. CNBC-nin məlumatına görə, Vaşinqton ABŞ şirkətlərində Çin AI həllərinin sürətlə yayılmasını araşdırmağa başlayıb. Adının açıqlanmasını istəməyən ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib ki, Çin istehsalı olan süni intellekt modellərinin Amerika şirkətləri tərəfindən istifadə edilməsi ciddi narahatlıq doğurur. Rəsmi şəxsin sözlərinə görə, bu modellər Pekinin siyasi mövqeyini gücləndirmək, fərqli fikirləri senzura etmək və Çin Kommunist Partiyasının ideologiyasını əks etdirmək məqsədi daşıyır.
    Chinese AI model Spark v3.5 'beats GPT-4 Turbo' in key metrics | Live  Science
        Buna baxmayaraq, bir çox ABŞ şirkəti Çin AI modellərinə maraq göstərməyə davam edir. Əsas səbəblər isə onların daha aşağı qiymətə təklif olunması və performans baxımından ABŞ alternativləri ilə müqayisə edilə biləcək səviyyədə olmasıdır. Məsələn, Coinbase şirkətinin baş direktoru Brayan Armstronq sosial şəbəkədə paylaşım edərək şirkətin Z.AI tərəfindən hazırlanan GLM 5.2Moonshot AI-ın Kimi 2.7 modellərindən istifadə etdiyini açıqlayıb. Bundan əvvəl isə Lindy startapının xərcləri azaltmaq məqsədilə DeepSeek modelinə keçdiyi bildirilmişdi.
        Analitiklərin fikrincə, bu tendensiyanın digər səbəbi ABŞ hökumətinin yerli AI şirkətləri ilə bağlı son qərarlarıdır. Bildirilir ki, bəzi Amerika şirkətləri alternativ axtarmağa başlayıb və bu da Çin modellərinə marağı artırıb. Hələlik ABŞ hökumətinin bütün Çin AI modellərinə ümumi qadağa tətbiq edib-etməyəcəyi məlum deyil. Ekspertlər hesab edirlər ki, xüsusilə açıq mənbəli modellərin istifadəsinin məhdudlaşdırılması hüquqi və praktiki baxımdan çətin olacaq. Üstəlik, ABŞ şirkətlərinin xarici bazarlardakı fəaliyyətinə də eyni qaydaların tətbiqi mümkün görünmür. Məsələn, Apple Çində satılan iPhone modellərində yerli süni intellekt platformalarından istifadə edir. Qeyd edək ki, süni intellekt sahəsində ABŞ və Çin arasında rəqabət son aylarda daha da güclənib. Hər iki ölkə qarşı tərəfin AI texnologiyalarına qarşı müxtəlif məhdudiyyətlər və təhlükəsizlik iddiaları irəli sürür.
    Paylaş