Logo
    main-post-cover

    ADA Universiteti Dünya İqtisadi Forumunun süni intellekt platformasına qoşulub

        Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Dünya İqtisadi Forumu ilə əməkdaşlığı çərçivəsində ADA University Forumun “Strategic Intelligence” platformasına məzmun təminatçısı kimi qoşulub.
        Technote.az xəbər verir ki, “Strategic Intelligence” platformasının 1 milyondan çox qeydiyyatdan keçmiş istifadəçisi var. Platformada 400-dən artıq akademik tərəfdaş, o cümlədən Harvard University, Yale University və University of Oxford məzmun təqdim edir.
        Platforma yüzlərlə qlobal problemin və onların qarşılıqlı əlaqələrinin xəritəsini təqdim edən süni intellekt əsaslı təhlil sistemi kimi fəaliyyət göstərir. Burada məlumatlar “transformasiya xəritəsi” adlı interaktiv vizuallaşdırma formatında təqdim olunur.
        “Strategic Intelligence” platformasında 300-dən çox mövzu üzrə iqtisadiyyat, sənaye, enerji və iqlim sahələrinə dair qlobal çağırışlar analiz edilir. Sistem istifadəçilərə qlobal tendensiyaları daha geniş perspektivdə qiymətləndirmək imkanı yaradır.
        ADA Universiteti Azərbaycandan bu platformaya qoşulan 4-cü məzmun təminatçısı olub. Bundan əvvəl 2025-ci ildə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadi və Sosial İnkişaf Mərkəzi və Baku Engineering University platformaya qoşulublar.
    Paylaş
    Bənzər xəbərlər