Logo
    main-post-cover

    Adobe Premiere və After Effects üçün yeni AI alətlərini təqdim etdi

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Adobe video montaj və vizual effekt sahəsində istifadəçilər üçün işi xeyli sürətləndirən yeni süni intellekt əsaslı alətlərini təqdim edib. Yeniliklər əsasən Adobe Premiere ProAdobe After Effects proqramlarını əhatə edir.
    Adobe introduces custom generative AI service
        Premiere Pro-da təqdim olunan ən diqqətçəkən yenilik AI Object Mask funksiyasıdır. Bu alət videodakı insanları və ya obyektləri sadəcə üzərinə gəlib klikləməklə avtomatik seçməyə və hərəkət boyunca izləməyə imkan verir. Maskalar saniyələr ərzində yaradılır, lazım olduqda ölçüsü və forması əl ilə dəqiqləşdirilə bilir. Adobe bildirir ki, bu funksiya şirkətin öz süni intellekt modeli ilə işləyir, bütün proses cihazın özündə baş verir və istifadəçi məlumatları modelin öyrədilməsi üçün istifadə olunmur.
        Premiere üçün digər yeniliklər arasında Adobe Firefly Boards üzərindən media fayllarının birbaşa layihəyə əlavə olunması və Adobe Stock kitabxanasının proqramın içinə tam inteqrasiyası da var. After Effects tərəfində isə istifadəçilər üçün Adobe Illustrator-da geniş istifadə olunan SVG fayllarının birbaşa idxalı mümkün olub. Eyni zamanda, proqram daxilində kub, sfera, silindr, konus və digər formalardan ibarət 3D parametrik obyektlər yaratmaq və fotorealist qrafiklər qurmaq imkanı əlavə edilib.
     
    Paylaş