
Ağ Ev süni zəkanın tənzimlənməsində daha ciddi addımların atılmasına dair çağırışlar edib
Süni İntellekt
23.08.2023
Emil
ABŞ prezidenti Joe Biden-in elm ilə bağlı baş məsləhətçisi Arati Prabhakar süni zəkanın tənzimlənməsinə və onun təhlükəsizliyi ilə effektivliyinin təmin olunmasına dair çağırışlar edib. Prabhakar süni zəka texnologiyasını necə test olunması və istifadəsindən asılı olaraq zərərli və ya faydalı ola biləcək dərmanla müqayisə edib. Bununla yanaşı mütəxəssis qeyd edib ki, sözügedən texnologiya silahların yaradılması, konfidensiallığın pozulması və qərəzliyin gücləndirilməsi kimi çoxlu sayda risklərə sahibdir.
Buna misal olaraq o, üz tanıma sistemlərinin düzgün şəkildə istifadə edilməməsini gətirib. Onun sözlərinə əsasən bu cür praktika zənci insanların qanunsuz şəkildə həbs olunmalarına səbəb olub. Bundan əlavə olaraq Prabhakar Microsoft, Google və OpenAI də daxil olmaqla 7 şirkətə təşəkkürünü bildirib. Belə ki, sözügedən şirkətlər Ağ Ev tərəfindən süni zəka ilə bağlı təyin edilmiş təhlükəsizlik normalarına riayət edirlər. Lakin Prabhakar-ın fikrincə bu, süni zəkanın təhlükəsizliyi məsələsində kiçik bir addımdır. Bu səbəbdən də o, dövləti və tənzimləyici orqanları süni zəkanın istifadəsinin tənzimlənməsində daha sərt qanunların qəbul edilməsinə çağırıb.
Paylaş
Bənzər xəbərlər