AI agent öz şirkətinə 100 milyon dollarlıq investisiya cəlb etdi
Süni İntellekt
10.07.2026
Sevinj
ABŞ-nin Nyu-Cersi ştatında fəaliyyət göstərən süni intellekt startapı Lyzr 100 milyon dollarlıq investisiya raundunun böyük hissəsini öz hazırladığı AI agent vasitəsilə idarə edib. Şirkət bununla həm maliyyə cəlb edib, həm də məhsulunun real şəraitdə necə işlədiyini nümayiş etdirib.
Bloomberg-in məlumatına görə, cəmi üç il əvvəl yaradılan Lyzr müəssisələr üçün AI agentlərin hazırlanması platforması təqdim edir. Şirkətin SivaClaw adlı AI agenti investisiya prosesində 130-dan çox potensial investorun suallarını cavablandırıb, investisiya memorandumları hazırlayıb, təqdimat materiallarını analiz edib və investorların hansı slaydlarla daha çox maraqlandığını izləyib.
Beləliklə, AI agent faktiki olaraq şirkətin təxminən 500 milyon dollar dəyərində qiymətləndirildiyi 100 milyon dollarlıq Series B investisiya raundunun əsas idarəedicilərindən birinə çevrilib. Bu yanaşma eyni zamanda Lyzr-ın məhsulunun praktik imkanlarını nümayiş etdirən canlı nümunə olub.
Paylaş