AI artıq “LinkedIn dili”ndə danışır
Süni İntellekt
19.03.2026
Sevinc
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, LinkedIn-də istifadəçilərin ən kiçik karyera uğurlarını belə motivasiyaedici, korporativ ifadələrlə paylaşması artıq internet mədəniyyətinin bir hissəsinə çevrilib. İndi isə bu üslub rəsmi şəkildə süni intellekt alətinə çevrilib.
Premium axtarış xidməti Kagi yeni AI əsaslı tərcümə funksiyası təqdim edib. Bu funksiya adi ingilis dilində yazılmış mətnləri avtomatik olaraq müxtəlif internet “dialektlərinə” çevirə bilir. Ən çox diqqət çəkən yenilik isə məhz “LinkedIn speak” danışıq seçimidir.
Bu alət sadə cümlələri korporativ və həddindən artıq pozitiv ifadələrə çevirir. Məsələn, adi bir fikir LinkedIn versiyasında “şəxsi brendin inkişafı”, “mikro-uğurların qeyd olunması” və “#GrowthMindset” kimi hashtag-lərlə zənginləşdirilmiş motivasiya mesajına çevrilir. Başqa sözlə, insanların artıq zarafatla təsvir etdiyi LinkedIn dili indi süni intellekt tərəfindən avtomatik yaradılır.
Kagi bununla kifayətlənməyib. Tərcümə seçimləri arasında Reddit üslubu, Pirate Speak (pirat dili) və hətta uydurma Klingon dili kimi variantlar da var. Şirkət bu addımla həm AI imkanlarını nümayiş etdirməyi, həm də istifadəçilərə əyləncəli təcrübə təqdim etməyi hədəfləyir.
Paylaş