Logo
    main-post-cover

    AI dövrünün yeni "ego testi" istifadəyə verildi

        Keçmiş OpenAI əməkdaşları Tomas Dimson və Coey Flinn tərəfindən yaradılan “In the Weights” platforması müxtəlif AI modellərinin müəyyən bir şəxsi nə qədər yaxşı tanıdığını qiymətləndirir. Layihənin adı süni intellekt modellərinin əsasını təşkil edən və onların öyrəndiyi məlumatları saxlayan “weights” (çəki parametrləri) anlayışından götürülüb. Platformanın məqsədi bir şəxsin AI modellərinin “yaddaşında” nə qədər yer tutduğunu göstərməkdir. Sistem bunun üçün ChatGPT, Gemini, Claude, Grok, Llama və digər modellərə “Bu şəxs kimdir?” tipli suallar ünvanlayır. Daha sonra alınan cavablar müqayisə edilir, oxşar təsvirlər qruplaşdırılır və yekunda istifadəçiyə xüsusi “güc balı” təqdim olunur. Bu bal AI modellərinin həmin insanı nə qədər dəqiq və inamlı şəkildə tanıdığını əks etdirir.
        Məsələn, platformanın reytinq cədvəlində hazırda məşhur aktyor Makoley Kalkin və opera sənətçisi Luçano Pavarotti ən yüksək nəticələr göstərən şəxslər arasında yer alırlar. Layihənin yaradıcıları hesab edirlər ki, 2026-cı ildə şəxsi məşhurluğu yalnız Google axtarış nəticələri ilə ölçmək artıq köhnə yanaşmadır. Onların fikrincə, getdikcə daha çox insan məlumat almaq üçün axtarış sistemləri əvəzinə süni intellekt çatbotlarına müraciət edir.
        Bununla yanaşı, layihə bəzi AI modellərinin səhv və ya uydurma məlumatlar təqdim etdiyini də üzə çıxarır. Platforma cavablardakı mümkün “hallüsinasiyaları” ayrıca qeyd edərək modellərin etibarlılığını müqayisə etməyə imkan verir. Qısa müddətdə böyük maraq qazanan “In the Weights” süni intellekt dövründə insanların rəqəmsal izinin necə dəyişdiyini göstərən maraqlı eksperiment kimi qiymətləndirilir.
     
    Paylaş