Logo
    main-post-cover

    Airbnb süni intellekt sayəsində yeni funksiyaları 60 % daha sürətli hazırlayır

        Airbnb süni intellektdən yalnız istifadəçilərə təqdim olunan xidmətlərdə deyil, platformanın yeni funksiyalarının hazırlanmasında da aktiv şəkildə istifadə edir. Şirkətin açıqlamasına görə, AI texnologiyaları sayəsində yeni funksiyaların ideyadan istifadəyə verilməsinə qədər olan müddət bəzi layihələrdə 60 %-ə qədər azalıb.
        Airbnb-nin həmtəsisçisi və baş direktoru Brian Chesky şirkətin ikinci rüb üzrə maliyyə hesabatının təqdimatı zamanı bildirib ki, AI məhsulların hazırlanması prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Ötən ilin eyni altı ayı ilə müqayisədə Airbnb-nin istifadəyə verdiyi yeni funksiyaların və təkmilləşdirmələrin sayı təxminən 80 % artıb. Süni intellekt hazırda Airbnb-də axtarış, qeydiyyat, sifarişin tamamlanması və ödəniş sistemlərinin hazırlanması və təkmilləşdirilməsində istifadə olunur. Şirkət daha əvvəl proqram kodunun təxminən 60 %-nin AI vasitəsilə yazıldığını da açıqlamışdı.
        Şirkət indi süni intellekti istifadəçilərin birbaşa qarşılaşacağı əsas funksiyalardan birinə, axtarış sisteminə gətirməyə hazırlaşır. Airbnb yaxın zamanda AI əsaslı axtarış funksiyasını sınaqdan keçirməyə başlayacaq. Mövcud klassik axtarış və filtrlər saxlanılacaq, istifadəçilər isə ayrıca seçim vasitəsilə AI axtarışına keçə biləcəklər.
     
    Paylaş