
Alibaba məntiqi düşünməyə sahib süni zəka modelini təqdim edib
Süni İntellekt
06.03.2025
Emil
Çinin Alibaba şirkəti açıq mənbəli koda sahib yeni süni zəka modeli olan QwQ-32B-ni təqdim edib. Tərtibatçıların sözlərinə görə, yeni model bir sıra sahələrdə DeepSeek R1 modelini geridə qoyur və bunu daha az resurs istifadə edərək həyata keçirir. Alibaba-nın səhmlərinin dəyəri bu açıqlamadan sonra Honkonq birjasında 7.5% yüksəlib. Qeyd edək ki, yeni açıq mənbəli koda sahib model yüksək sürətlə çalışır və məntiqi düşüncə qabiliyyətinə malikdir. Alibaba-nın yeni süni zəka modeli QwQ-32B 32 milyard parametrə malikdir və 671 milyard parametri olan DeepSeek R1 modelini bir sıra sahələrdə üstələyir.

Xüsusilə, riyazi hesablamalar, proqram kodunun yazılması və ümumi sualların həllində daha effektiv olduğu bildirilir. Tərtibatçıların sözlərinə görə, daha az parametrdən istifadə edilməsi modelin hesablama resurslarına olan tələbatını azaldır, bu da onun daha geniş miqyasda tətbiq edilməsinə imkan yaradır. Modelin məntiqi düşünmə qabiliyyətini artırmaq üçün tərtibatçılar möhkəmləndirilmiş təlimatlandırmadan (reinforcement learning) istifadə ediblər. Bu yanaşma DeepSeek tərəfindən R1 modelinin hazırlanmasında da tətbiq olunub. Bundan əlavə, Alibaba iddia edir ki, QwQ-32B, 100 milyard parametrə malik OpenAI-nin o1-mini modelini də üstələyir.

QwQ-32B modeli açıq mənbəli koda sahib süni zəka platformalarının ən böyüyü olan Hugging Face-də əlçatandır. Onu sınaqdan keçirmək üçün Qwen çat-botundan istifadə etmək olar. Burada süni zəka modeli QwQ-32B-Preview adı altında təqdim olunur. Bundan əvvəl Alibaba, növbəti 3 il ərzində bulud hesablama və süni zəka infrastrukturuna 380 milyard yuan (təxminən 52 milyard dollar) investisiya qoyacağını elan etmişdi. Bu, Çində bir özəl şirkət tərəfindən süni zəka sahəsində maliyyələşdirilən ən iri layihə hesab olunur. Alibaba-nın rəhbəri Eddie Wu bildirib ki, şirkətin əsas hədəfi ümumi süni zəka (AGI) yaratmaqdır. O, AGI-ni süni zəkanın insan bacarıqlarının 80%-nə çatdığı məqam kimi xarakterizə edib.
Mənbə: South China Morning Post
Paylaş
Bənzər xəbərlər

Süni İntellekt
Ənənəvi saytlar süni zəka əsaslı çat-botlar və agentlər səbəbilə istifadəçi kütləsini itirilər
Süni zəka sahəsində ixtisaslaşmış şirkətlər sayt sahiblərinə yeni nəsil axtarış sistemlərinin onlara daha çox istifadəçi cəlb edəcəyini vəd etmişdi.

Süni İntellekt
Alimlər neyron şəbəkələri əsasında ümumi süni zəkanın (AGI) yaradılmasına inanmırlar
Əksər süni zəka tədqiqatçıları mövcud texnoloji yanaşmanın ümumi süni zəkanın (AGI) yaradılmasına gətirib çıxaracağına inanmır.

Süni İntellekt
Çağrı mərkəzi operatoru hindistanlı işçilərin aksentini yumşaltmaq üçün süni zəkadan istifadə edir
Dünyanın ən böyük çağrı mərkəzi operatoru olan Teleperformance şirkəti süni zəkadan istifadə edərək ingilis dilli hindistanlı işçilərin aksentini yumşaldır.

Süni İntellekt
OpenAI aparıcı institutlar ilə birlikdə NextGenAI konsorsiumunu işə salıb
OpenAI NextGenAI adlı yeni konsorsiumun yaradıldığını elan edib. Bu konsorsiumda ABŞ və Böyük Britaniyanın 15 aparıcı universiteti və tədqiqat institutu iştirak edəcək.

Süni İntellekt
Amazon məntiqi düşünmə bacarıqlarına malik yeni süni zəka modeli üzərində çalışır
Bu model Nova brendi çərçivəsində hazırlanır və OpenAI, Anthropic və Gemini kimi aparıcı rəqiblərə ciddi rəqabət yarada bilər.
Ən çox oxunanlar

Google Pixel 9a-nın reklam fotoları təqdim edilib
