Alimlər 7 milyard il öncə iki qara dəliyin birləşməsindən yaranmış qravitasiya dalğasını müşahidə ediblər

Alimlər 7 milyard il öncə iki qara dəliyin birləşməsindən yaranmış qravitasiya dalğasını müşahidə ediblər

Süni zəka və Elm
05.09.2020 PAYLAŞIM

    Tədqiqatçılardan ibarət qrup təqribi olaraq 7 milyard il bundan öncə birləşməşmiş iki qara dəliyin izlərini aşkar ediblər. Həmin qara dəliklər Yer kürəsindən o dərəcədə uzaqda olublar ki, onların toqquşmaları nəticəsində yaranmış siqnal yalnız indi gəlib bizə çatıb. Birləşmiş qara dəliklərdən birinin kütləsi indiyənə kimi bu cür toqquşmalarda müahidə edilmiş qara dəliklərin kütlələrindən 1.5 dəfə yüksək olub. GW90521 adını əldə etmiş bu hadisə o nəzəriyyəni sübut edir hansına əsasən ki, bu cür yüksək kütləli qara dəlik daha öncə digər iki qara dəliyin birləşməsindən yaranıb.

    Bu barədə Popmech.ru saytı xəbər verib. Alimlərdən biri qeyd edib ki, bu, insanlığın indiyənə kimi müşahidə etmiş olduğu ən böyük partlayışdır. ABŞ ilə Avropada yerləşən LIGO Virgo adlı detektorlar 21 may 2019-cu il tarixində qeyri adi qravitasiya dalğalarına reaksiya vermişdilər. Xüsusi cihaz vasitəsilə zaman-məkan təhrifi səsə çevrilən vaxt alimlər zərbəyə bənzər səs eşitdilər. Sözügedən siqnal saniyənin 1/10 hissəsi ərzində davam edib.


    Məlumatda qeyd edilib ki, birləşmiş qara dəliklərdən ən böyüyü kütləcə bizim Günəşdən 85 dəfə böyük olub. Birləşmədə iştirak etmiş ikinci qara dəliyin kütləsi isə Günəşdən 66 dəfə böyük olub. Nəticədə Alimlər düşünürlər ki, 65 Günəş kütləsindən daha yüksək kütləyə sahib olan qara dəliklər ulduzların məhv olmaları nəticəsində yarana bilməzlər. Bu isə o deməkdir ki, 7 milyard il bundan öncə toqquşmuş iki qara dəlikdən ən yüksək kütləyə sahib olanı da nə vaxtsa digər iki qara dəliyin birləşməsindən yaranıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnformasiya əsasında çalışan mühərrikin prototipi yaradılıb

Kanadalı alimlər heyrətləndirici sürətə sahib yeni mühərrik yaradıblar. Yaradılmış mühərrik yeni növ..


Çernobıl atom elektrostansiyasında nüvə reaksiyalarının güclənməsi müşahidə olun..

Çernobıl atom elektrostansiyasının məhv olmuş dördüncü enerji bloku ilə birlikdə basdırılmış nüvə ya..


Süni yarpaqlar digər planetlərdə sağ qalmaqda yardımçı olacaqlar

Alimlərdən ibarət beynəlxalq komanda emal olunmuş yosunlar əsasında xüsusi material hazırlayıb və hə..


Çin atmosferə digər inkişaf etmiş ölkələrdən daha çox CO2 ifraz edir

Rhodium Group adlı konsaltinq şirkətinin hesabatına əasən Çində parnik qazlarının emissiyası son 30 ..


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.

×