main-post-cover

    Alimlər Ayda suyun mümkün yaranma səbəbini aydınlaşdırıblar

    Süni İntellekt
    22.05.2022
    Farid Pardashunas
        Kolorado Belroud Universitetinin alimlərinin fikirlərinə əsasən milyardlarla il bundan öncə Yer kürəsinin peyki olan Ayda olmuş vulkan püskürmələri özlərindən sonra Ayın qütblərində buzlaqlar yaradıblar. Müxtəlif qiymətləndirmələrə əsasən həmin buzlaqların qalınlıqları onlarla metr təşkil edir və gələcəkdə astronavtlar həmin buzlaqlardan su əldə edə bilərlər. “Bizim yaratdığımız kompüter modelləşdirməsi onu göstərib ki, milyardlarla il bundan öncə Ayda baş vermiş vulkan püskürmələri zamanı böyük miqdarda su buxarı ifraz edilib. Daha sonra həmin buxar buz şəklində Ay səthinə çöküb. Lakin hal hazırda böyük ehtimal ilə həmin buzaqlar Ay səthinin 5-10 metr dərinliyində yerləşirlər. Gələcəkdə astronavtlar həmin buzdan içməli su əldə və həmçinin həmin suyu raket yanacağının istehsalında istifadə edə bilərlər” - deyə Kolorado Boulder Universitetinin mütəxəssisi Andrew Wilcoski qeyd edib.
        Aparılmış bu yeni tədqiqat Ayda əvvəl düşünüldüyündən daha çox suyun olduğuna dair daha bir sübutdur. Lakin alimlər hələ də Ayda suyun necə yarandığı barəsində vahid bir fikirə sahib deyillər. Bu məsələ ilə bağlı çoxlu sayda nəzəriyyə var. Lakin aparılmış yeni tədqiqat nəticəsində güman edilir ki, Ayda suyun yaranmasına məhz vulkan püskürmələri səbəb olublar. Alimlərin fikirlərinə əsasən həmin vulkan püskürmələri nəticəsində böyük həcmdə dəm qazı və su buxarı ifraz edilib. Bu qaz buludları Ayda çox qısa müddətlik atmosfer yaradıblar.
        “Biz hesab edirik ki, həmin atmosfer təqribi olaraq 1000 il mövcud olub və bu müddət ərzində su buxarı Ay səthində buza çevrilib. Orada bir neçə kvadrilyon kq buz ola bilər” - deyə Kolorado Boulder Universitetinin mütəxəssisi Paul Hayne qeyd edib. Milyardlarla il ərzində bu buz ehtiyatı Ay torpağının qalın layı ilə örtülüb. Lakin alimlərin fikirlərinə əsasən buz ehtiyatı Ay səthinin demək olar 10.000 kvadrat km sahəsini əhatə edə bilər. “Söhbət, bir neçə 10.000 vulkanın püskürməsindən gedir. Biz hesab edirik ki, ifraz edilmiş buxardakı suyun yarısı buza çevrilib və onu sadəcə olaraq Ay səthinin alt hissəsindən çıxartmaq lazımdır” - deyə Paul Hayne qeyd edib. Alimlərin sözlərinə əsasən gələcək astronavtlar öz robotları ilə birlikdə həmin buzlaqların çıxarılması və onlardan suyun əldə edilməsi üçün çoxlu səy göstərməli olacaqlar. Lakin ediləcək bu səylər öz bəhrələrini verəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər