main-post-cover

    Alimlər bilikləri birbaşa beyinə yazmağın yolunu tapıblar

    Süni İntellekt
    13.06.2021
    Emil Nəcəfov
        Kaliforniyanın HRL Laboratories adlı laboratoriyasının alimlərinin sözlərinə əsasən onlar faydalı məlumatı birbaşa insan beyninə yazmağın yolunu kəşf ediblər. Bu kəşf sayəsində insanın istənilən bacarığı öyrənməsi daha az zaman tələb edəcək. Bu və ya digər məlumatların birbaşa beyinə yazılması müasir elmin nail olmaq istədiyi vacib inqilabi kəşflərdən biridir. Alimlər hələ yaradılmamış bu texnologiyada böyük perspektivlər görürlər. Belə ki, bu cür texnologiya istənilən bacarığın öyrənilməsini çox qısa müddətdə reallaşdıra bilər.
        Amerikalı tədqiqatçıların sözlərinə əsasən bu, göründüyü kimi heç də qəliz bir proses deyil. Bundan əlavə olaraq onların sözlərinə əsasən onlar bu məsələdə müəyyən nailiyyətlər də əldə ediblər. Belə ki, mütəxəssislərin yaratdıqları yeni texnologiyanın testindən keçmiş pilotlar öz pilotçuluq qabiliyyətlərini digərləri ilə müqayisədə 33% daha da yaxşılaşdırıblar. Yaradılmış yeni texnologiya təlim zamanı pilotun beynindəki elektrik siqnallarının təyinatına əsaslanır. Bu proses zamanı əldə olunmuş məlumatlar aviasimulyatorda təlim keçmiş yeni pilotlara ötürülüb.
        Məlumatların ötürülməsi prosesi isə başa taxılmış xüsusi cihaz vasitəsilə beyin stimulyasiyası sayəsində reallaşdırılıb. Mütəxəssislər bildiriblər ki, əldə edilmiş yeni məlumatların mənimsənilməsi prosesi “Matrix” filmində olduğu kimi sürətli deyil. Lakin yenə də məlumatın mənimsənilməsi sürəti adi həyatdakından daha yüksəkdir. Yaradılmış yeni texnologiya barəsində dəqiq məlumatlar təqdim edilməyib. Buna görə də onun potensialı barəsində bir fikir bildirmək mümkün deyil.
    Linki kopyala