Alimlər Böyük Adron Kollayderdə kainatın ilk saniyəsində mövcud olmuş hissəcikləri aşkar ediblər

Alimlər Böyük Adron Kollayderdə kainatın ilk saniyəsində mövcud olmuş hissəcikləri aşkar ediblər

Süni zəka və Elm
25.01.2022 PAYLAŞIM

    CERN (Avropa nüvə araşdırmaları təşkilatı) fizikləri BAK-dakı (Böyük Adron Kollayder) kvark-qlüon plazma şəraitində ilk dəfə olaraq sirli X hissəciklərini aşkar ediblər. Qeyd etmək lazımdır ki, kvark-qlüon plazma şəraiti qurğuşun ionlarının toqquşmaları nəticəsində yaranıb. Alimlərin fikirlərinə əsasən sirli X hissəcikləri Böyük partlayışdan sonra qısa müddət ərzində mövcud olublar. Lakin həmin hissəciklərin nə olduqları hələ də sirr olaraq qalır. Belə ki, sözügedən hissəciklərin daxili strukturları hələ müşahidə edilməyib. Alimlər BAK-da 100 ədəd X hissəciyi aşkar ediblər. “Biz bu istiqamətdə tədqiqatlarımıza hələ start veririk. Bu, ilk addımdır. Növbəti bir neçə il ərzində biz, X hissəciklərinin daxili strukturlarını müşahidə edəcəyik” - deyə alimlər qeyd ediblər. Böyük partlayışdan sonrakı vəziyyət necə idi? Böyük partlayışdan sonra kainat indiki vəziyyətində olmayıb. Belə ki, Böyük partlayışdan sonra kainat tamamilə fərqli maddələrdən təşkil edilmişdi.

Böyük partlayışdan sonra zamanın çox kiçik anında (saniyənin milyonda birində) kainat çox isti plazma (trilyonlarla dərəcə Selsi) ilə dolmağa başladı. Həmin plazma elementar hissəciklərdən (kvarklar və qlüonlar) ibarət idi. Nəticədə həmin plazma kvark-qlüon plazması idi.

    Fiziklər BAK-da məhz sözügedən plazmadan istifadə edərək X hissəciklərini müşahidə etməyə çalışıblar. Lakin bu hələ son deyil. Böyük partlayışdan sonra kainata yayılmış kark-qlüon plazması çox qısa müddət ərzində soyuyub və onun tərkib hissəsini təşkil etmiş hissəciklər birləşərək protonları neytronları yaradıblar. Günümüzdə mövcud olan adi materiya isə məhz protonlardan və neytronlardan ibarətdir. Lakin kvark-qlüon plazmasının hissəcikləri toqquşan zaman onlar digər konfiqurasiyaları da yaradıblar. Söhbət, X hissəciklərindən gedir. Nəzəri cəhətdən hesab edilirdi ki, həmin hissəcikləri BAK-da yaradılan kvark-qlüon plazmasında aşkar etmək mümkündür. Beləliklə alimlər X hissəcikləri necə aşkar ediblər? BAK-ın işə düşməsi zamanı qurğuşunun müsbət yüklənmiş atomları yüksək sürətdə bir-biriləri ilə toqquşublar.


Toqquşma nəticəsində 10.000-lərlə hissəcikdən ibarət axın yaranıb. Əvvəllər güman edilirdi ki, X hissəciklərini aşkar etmək çox qəliz məsələdir. Belə ki, bu hissəciklər çox qısa zaman ərzində mövcud olurlar.

    “X hissəciklər parçalanan zaman onlar müəyyən izlər qoyurlar. Söhbət, aşağı kütləyə sahib hissəciklər axınından gedir. Biz isə öz növbəmizdə X hissəciklərin parçalanmalarını xarakterizə edən qanunauyğunluqları təyin etməyi bacaran xüsusi alqoritmlər hazırladıq” - deyə alimlər qeyd ediblər. Məhz həmin alqoritmlər sayəsində alimlər böyük həcmli məlumatlar axınından 100 ədəd X hissəciyini aşkar edə biliblər. Hal hazırda alimlər bu hissəciklərin nədən ibarət olduqlarını təyin etmək üzrə çox az sayda məlumata sahibdirlər. Lakin bu sadəcə olaraq zaman məsələsidir. “Yaxın bir neçə il ərzində biz daha çox məlumata sahib olacağıq. Nəticədə biz, kainatın öz mövcudluğunun ilkin mərhələlərində hansı hissəcikləri yaratdığını biləcəyik” - deyə alimlər bildiriblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..


Yer kürəsini əhatə edən vacib məlumatların vahid ehtiyat kopyasının Ayda saxlanm..

Məlumatda qeyd edilib ki, Yer kürəsini əhatə edəcək vacib məlumatlar Aydakı serverlərdə saxlanılacaq..


Kainatda işıq sürətindən daha yüksək sürətlə hərəkət etmək mümkündürmü?..

Fizika qanunlarına əsasən kainatda heç bir şey işıq sürətindən daha yüksək sürətlə hərəkət edə bilmə..


Amerikalı alim: 'Kainatda fiziki qanunları istədikləri kimi dəyişə bilən siviliz..

NASA-nın dəstəyinə sahib olan amerikalı alim Adam Frank yadplanetli sivilizasiyaların öz inkişaf səv..


Hubble teleskopu vasitəsilə kainatın hansı sürətlə genişləndiyi daha dəqiq şəkil..

NASA Hubble kosmik teleskopunun ən böyük işi hesab edilən yeni hesabatı təqdim edib.

×