Alimlər: 'COVID-19 sinir sisteminə nəzərə çarpacaq dərəcədə zərər verir'

Alimlər: 'COVID-19 sinir sisteminə nəzərə çarpacaq dərəcədə zərər verir'

Süni zəka və Elm
20.04.2021 PAYLAŞIM

    Alimlər tərəfindən beyin toxumalarında aşkar edilmiş zədələnmələr COVID-19-u ağır keçirdən xəstələrin nəyə görə halüsinasiyalar və digər nevroloji problemlər yaşadıqlarına aydınlıq gətirir. Qeyd etmək lazımdır ki, koronavirusu yüngül şəkildə keçirtmiş və sağalmış insanların başlarında həmçinin dumanlıq vəziyyəti müşahidə edilir. Yaxşı xəbər ondan ibarətdir ki, alimlər insan beyninin birbaşa SARS-CoV-2-yə yoluxduğuna dair bir sübut tapa bilməyiblər. Lakin buna baxmayaraq beyin virus təsirinə məruz qalır. Bunun səbəbi isə virusun qan damarlarında mövcud olmasıdır.

    Kolumbiya Universitetinin tədqiqatçıları 38-97 yaş aralığında COVID-19 səbəbilə həyatını itirmiş 41 şəxsin toxumalarının incələnməsi üzrə hesabatı təqdim ediblər. Həmin xəstələrin bir hissəsi xəstəxanaya yerləşdirildikdən 1 sutka sonra intensiv terapiya şöbəsində, digər hissəsi isə bir neçə həftə və ya ərzində xəstəxanada müalicə prosesi zamanı həyatını itirib. Bir tərəfdən alimlər beynin birbaşa SARS-CoV-2-yə yoluxduğunu aşkar etməyiblər. Lakin digər tərəfdən alimlər beyin toxumalarında zədələnmələr aşkar ediblər. Hal hazırda bir çox tədqiqatlar beynin birbaşa SARS-CoV-2-yə yoluxması barədə ziddiyyətli məlumatlar təqdim edirlər.


Sözügedən tədqiqat çərçivəsində isə alimlər beyin neyronlarında və qlial hüceyrələrində virusun mövcudluğunu aşkar etməyiblər.

    Nəzərə çarpmayacaq dərəcə virus RNT-nin mövcudluğu isə virusun qan damarlarında və ya beyni əhatə edən hüceyrələrdə olmas ilə əlaqələndirilir. “Biz digərlərindən fərqli olaraq daha çox toxuma nümunəsini incələmişik və virusun izlərinin aşkar edilməsi üçün daha çox üsuldan istifadə etmişik. Lakin beyin hüceyrələrində virus RNT-ni və ya zülalını aşkar etməmişik” - deyə tədqiqatçılardan biri qeyd edib. Bəzi tədqiqatlarda qeyd olunur ki, SARS-CoV-2 neyronlarda və qlial hüceyrələrdə aşkar edilib. Lakin tədqiqatçıların fikirlərin əsasən bu, beynin qan damarlarında virusun mövcud olması ilə əlaqəlidir. Tədqiqatçılar beynin bir çox hissəsini analiz ediblər və virus izinə rast gəlməyiblər.

    Beyində virusun olmamasına baxmayaraq hər bir xəstədə beyin patologiyası müşahidə edilir. Alimlər aşkar edilmiş beyin patologiyalarını 2 kateqoriyaya ayırıblar. Xəstələrdən ibarət birinci qrupda beyin zədələnmələri hipoksiya (orqanizmdə və ya ayrı-ayrı orqanlar ilə toxumalarda oksigenin aşağı səviyyədə olması) ilə əlaqəli olublar. Çox güman ki, bu halı beyinə oksigenin verilməsini dayandırmış qan laxtalanması yaradıb. Xəstələrdən ibarət ikinci qrupda isə beyin zədələnmələri çoxlu sayda aktiv mikroqliya (beyini patogenlərdən qoruyan immun hüceyrələr) səbəbilə yaranıblar. “Hipoksiya, hüceyrələri aktiv mikroqliya üçün daha həssas edə bilər. Buna görə də hətta beyin birbaşa SARS-CoV-2-yə yoluxmasa da toxumaların zədələnməsi müşahidə edilir” - deyə tədqiqatçılardan biri qeyd edib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon meşələri planeti CO2 ilə zəhərləməyə başlayıblar

Son onillik ərzində Amazon meşələri, udduqları CO2-dən 20% daha çoxunu atmosferə ifraz ediblər...


Parker Solar Probe kosmik aparatı insanlıq tərəfindən yaradılmış ən sürətli apar..

NASA agentliyi Parker Solar Probe adlı kosmik aparatın əldə etdiyi 2 rekordu elan edib.


Yer kürəsinin bütün buzlaqları 30% daha sürətlə əriyir

Peyk məlumatlarının analiz olunmasından sonra alimlər hesablayıblar ki, 2015-ci ildən başlayaraq Yer..


Elon Musk: 'Marsın kolonizasiyasından öncə bizə Ayda böyük yaşayış bazası lazımd..

SpaceX-in yaradıcısı Elon Musk öz arzusuna sadiqdir. Söhbət, Mars planetində yaşayış şəhərciyinin ya..


Ingenuity dronu Mars atmosferində üçüncü uçuş missiyasını uğurla keçirdib (VİDEO..

NASA agentliyi Ingenuity dron aparatınn Mars atmosferində üçüncü uğurlu uçuş missiyasının reallaşdır..


Astronomlar: 'James Webb kosmik teleskopu 10 il ərzində yadplanetli həyat növünü..

Elm sahəsi uzun illərdir ki, yadplanetli həyat növünün axtarışı ilə məşğul olur. Lakin görünür, yaxı..

×