Alimlər COVID-19-un ağır formasının iki fazasını təyin ediblər

Alimlər COVID-19-un ağır formasının iki fazasını təyin ediblər

Süni zəka və Elm
18.12.2020 PAYLAŞIM

    İlkin fazada insan orqanizmində yüksək virus yüklənməsi müşahidə edilir. İkinci fazada isə virus ümumiyyətlə müşahidə olunmasa da toxumaların ciddi zərər görmələri səbəbilə orqanizmin bərpa prosesi sürətlə getmir. Bu isə o deməkdir ki, hal hazırda koronavirusa qarşı tətbiq olunan müalicə üsulları müxtəlif istiqamətlərdə olmalıdırlar. Koronavirusa qarşı ola biləcək universal vaksin isə effektiv olmaya bilər. Bu barədə Hightech.plus saytı xəbər verib. Tədqiqatçılar öyrənmək istəyirdilər ki, COVID-19 virusu nəfəs yollarına düşən zaman nə baş verir və ağciyər hüceyrələrindəki infeksiya orqanizmin immun reaksiyasına necə təsir göstərir. Bunun üçün mütəxəssislərdən ibarət olan komanda koronavirus səbəbilə vəfat etmiş 24 şəxsi incələyib.

Müşahidələr koronavirus yoluxmasını ağır keçirtmiş şəxslərdə infeksiyanın iki fazasını təyin ediblər.

    Birinci fazada ağciyərlərə yüksək virus yüklənməsi müşahidə olunub. Bu isə öz növbəsində immun reaksiyasını işə salmaq üçün genlərin ekspressiyasını yüksəldib. İkinci faza zamanı isə toxumalarda virus müşahidə olunmayıb. Lakin ağciyərlərin ciddi zədələnməsi orqanizmin bərpasını qəlizləşdirib. Alimlər göstəriblər ki, immun sistemi COVID-19-a hücum edə bilir. Lakin bu reaksiya pasientlər və hətta konkret bir şəxsin ağciyərinin müxtəlif yerlər üzrə fərqlənir. Bu isə o deməkdir ki, virusa qarşı universal vaksin hazırlamaq çox qəliz olacaq. Alimlər qeyd ediblər ki, virusun yayılmasının qarşısını almaq üçün müalicədə istifadə olunan dərmanlardan biri olan remdesivir yalnız ilkin fazada faydalı ola bilər. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kvant səviyyəsində zaman eyni anda həm keçmişə həm də gələcəyə doğru axa bilər..

Alimlər güman ediblər ki, superpozisiya vəziyyətində (hansısa obyektin eyni zamanda iki vəziyyətdə m..


Yüksək sürətdə asteroidlə toqquşması planlaşdırılan DART aparatı uğurla kosmosa ..

Bugün səhər saatlarında ABŞ-ın Kaliforniyadakı Vandenberq adlı Kosmik Qüvvələr bazasından SpaceX-in ..


Alimlər Mars üçün süni maqnit sahəsinin yaradılmasını təklif ediblər

ABŞ-ın Milli Radio Astronomiya Rəsədxanasından olan alimlər Marsın peyki olan Fobosdan istifadə edər..


ABŞ Ayda atom elektrostansiyasını istifadəyə verməyi planlaşdırır

NASA agentliyi ABŞ-ın Energetika Nazirliyinin Aydaho Milli Laboratoriyası ilə birlikdə Ayda atom ele..


Tarixdə ikinci dəfə pasient heç bir dərman qəbul etmədən İİV-dən (HIV) tamamilə ..

İndiyənə kimi İİV-dən əziyyət çəkmiş yalnız 2 şəxs sümük iliyinin transplantasiyası sayəsində İİV-də..


Alimlər Mars şəraitinə yaxın olan şərtlər altında pomidor yetişdirə biliblər (Vİ..

Müxtəlif növ souslarının istehsalçısı olan Heinz şirkəti Florida Tenxologiya İnstitutunun tədqiqatçı..

×