Alimlər çox nadir rast gəlinən ən qədim qalaktikalardan birini aşkar ediblər (VİDEO)

Alimlər çox nadir rast gəlinən ən qədim qalaktikalardan birini aşkar ediblər (VİDEO)

Süni zəka və Elm
01.06.2020 PAYLAŞIM

    Alimlər güman edirlər ki, Böyük partlayış təqribi olaraq 14 milyard il bundan öncə baş verib, ilk qalaktikalar isə Böyük partayışdan 400 milyon il sonra yaranmağa başlayblar. Bir neçə müddət bundan əvvəl isə 11 milyard il bundan öncə mövcud olmuş ən qədim qalaktikalardan biri aşkar edilib. Onun işığı indiyənə kimi bizə gəlib çatır. Bu barədə Phys.org saytı xəbər verib. R5519 adlı qalaktika Günəş sistemindən 11 milyard işıq ili uzaqlığında yerləşir və “alovlu kosmik halqa” adlı çox nadir sinifə aiddir. Astronomların sözlərinə əsasən bu, insan tərəfindən aşkar edilmiş ilk belə bir kosmik obyektdir.

Aşkar edilmiş R5519 qalaktikasının əsas özəlliyi ondan ibarətdir ki, 11 milyard il bundan öncə o, digər bir qalaktikanı udub və nəticədə qeyri adi struktur əldə edib.

    Sözügedən qalaktikanın mərkəzində olan dəliyin diametri Yer kürəsindən Günəşə qədər olan məsafədən 2 milyard dəfə böyükdür. Müqayisə üçün qeyd etmək lazımdır ki, qalaktikanın mərkəzində olan dəliyin dizametri Messier 87 qalaktikasının mərkəzində olan qara dəliyin diametrindən 3 milyon dəfə böyükdür. Bu cür qeyri adi formaya sahib olduğu üçün R5519 qalaktikasının daxilində olan ulduzlar Süd Yolu qalaktikasının daxilində olan ulduzlardan 50 dəfə daha sürətli fırlanırlar.


    Tədqiqatçıların sözlərinə əsasən belə bir kosmik obyektin möcvudluğu kosmik nəzəriyyələri təkzib edir. Belə ki, halqavari qalaktikaların yaranması üçün udulan qalaktika hələ toqquşmadan öncə incə diskə sahib olmalıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, Süd Yolu qalaktikasının incə diski 9 milyard il bundan öncə yaranıb. Yeni kəşf isə onu sübut edir ki, spiral qalaktikalarda incə diskin yaranması elmin düşündüyündən daha əvvəl baş verib. Bu bir daha onu sübut edir ki, insan sivilizasiyası kainatın yaranması barəsində çox az məlumata sahibdir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Çinin yeni radioteleskopu rekord sayda təkrarlanmış radioşüalanmaları müşahidə e..

Çinin 500 metr ölçüsündə olan FAST adlı yeni radioteleskopu müşahidə olunan ən aktiv və sürətli radi..


Kainatın ən qorxunc sahələri: Kosmik boşluqlar nədir?

Kosmik boşluqlar (void) qalaktik bağlar arasında olan geniş sahələrdir və bu sahələrdə qalaktikalar,..


Şotlandiyada yerləşən xəstəxana kriptovalyuta asılılığına sahib insanları müalic..

Şotlandiyada artıq 3 ildir ki, Castle Craig adlı xəstəxanada kriptovalyuta asılılığına sahib insanla..


Malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksin preparatı təsdiqlənib

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya xəstəliyinə qarşı dünyanın ilk vaksininin istifadəsinə r..


NASA təhlükəli asteroidin traektoriyasını dəyişmək üçün ona peyk ilə zərbə endir..

NASA-nın Yer kürəsinə təhlükəli olan asteroidlərin traektoriyalarının dəyişdirilməsi üzrə təcrübəsin..

×