main-post-cover

    Alimlər çox uzaqda yerləşən qalaktikada suyun mövcudluğuna dair izlər aşkar ediblər

    Süni İntellekt
    04.11.2021
    Farid Pardashunas
        Alimlər Yer kürəsindən 12.88 milyard işıq ili uzaqlığında yerləşən qalaktikanın molekulyar qaz spektrində suyun mövcudluğuna işarə edən izlər aşkar ediblər. Alimlər bu kəşfi Çilinin Atakama səhrasında yerləşən ALMA adlı teleskoplar qrupu vasitəsilə ediblər. Onların sözlərinə əsasən bu, tarixdə ən uzaq məsafədə aşkar edilmiş sudur. Teleskoplar erkən kainatı müşahidə etmək imkanını verirlər. Bu isə öz növbəsində mütəxəssislərə bioloji həyatın yaranma şərtlərini analiz etməyə imkan verir. İndi isə alimlər SPT0311-58 identifikatoruna sahib iki qalaktikadan birində su aşkar ediblər. Sözügedən qalaktikalar isə 4 il bundan öncə aşkar ediliblər.
        Alimlər qalaktikalardan birində sudan əlavə olaraq dəm qazını da aşkar ediblər. Bu isə o deməkdir ki, molekulyar kainatın inkişafı erkən ulduzlarda litium, helium hidrogenin yaranmasından dərhal sonra başlayıb. Oksigen ilə hidrogenin birləşməsi prosesi kimi su molekulları bir anda yaranmayıblar. Belə ki, Böyük partlayışdan sonra elementlər həmin saniyədə deyil, yaranmış ilkin yüngül elementlərin ardıcıl sintez prosesləri nəticəsində yaranıblar. Buna yüz milyonlarla il vaxt sərf olunub və aparılmış yeni tədqiqat onu göstərir ki, su Böyük partlayışdan sonra tez bir zamanda yaranıb. Bu isə o deməkdir ki, bioloji həyat kainat miqyasında daha erkən vaxtlarda yaranmış ola bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər