Alimlər ən parlaq və davamedici kosmik işartını aşkar ediblər

Alimlər ən parlaq və davamedici kosmik işartını aşkar ediblər

Süni zəka və Elm
12.05.2023 PAYLAŞIM

    Böyük Britaniyanın Sauthempton Universitetinin astronomları ən güclü və uzun müddət ərzində davam edən kosmik işartını aşkar ediblər. Aşkar edilmiş kosmik işartı bilinən bütün supernova partlayışlarından 10 dəfə daha parlaqdır. Yeni təyin edilmiş kosmik işartı hadisəsi AT2021lwx adını əldə edib. Bu hadisə artıq 3 ildən çoxdur ki, davam edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, supernova partlayışları nəticəsində əmələ gələn işartı yalnız bir neçə ay ərzində müşahidə edilir.

    Aşkar edilmiş ən parlaq və davamedici işartı Yer kürəsindən 8 milyard işıq ili uzaqlığında yerləşir. Yəni kainatın həmin vaxtda 6 milyard il yaşı var idi. Alimlərin fikirlərinə əsasən sözügedən işartıya səbəb olmuş partlayışın mənbəyi yüksək kütləli qara dəlik tərəfindən udulan qaz bulududur. Güman edilir ki, udulan qaz buludu Günəşdən bir neçə min dəfə böyükdür. Bu cür obyekt qara dəliyə daxil olan zaman qara dəliyin akkresiya diskindən zərbə dalğaları keçir. Bu cür hadisələr çox nadir hallarda baş verir.




DAHA ÇOX


Virtual testlərdə süni zəka hərbi obyekti məhv etməyi qadağan etmiş operatora hü..

İT sahənin müxtəlif mütəxəssisləri potensial təhlükələrdən yayınmaq üçün hələ bir neçə müddət bundan..


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..

×