Alimlər: 'Gələcəkdə kainatın genişlənməsi dayanacaq və o, sıxılmağa başlayacaq'

Alimlər: 'Gələcəkdə kainatın genişlənməsi dayanacaq və o, sıxılmağa başlayacaq'

Süni zəka və Elm
04.05.2022 PAYLAŞIM

    Alimlər kainatın inkişaf modelini yaradıblar və həmin model onu göstərib ki, kainatın sürətlə genişlənməsinə təkan verən qaranlıq enerji müəyyən müddətdən sonra genişləndirmə gücünü itirə bilər. Nəticədə qaranlıq enerjinin digər özəlliyi kainatın tədricən sıxılmasına gətirib çıxardacaq. Bu isə öz növbəsində kainatın məhv olmasına və ya məkan-zamanın yeni doğuşuna səbəb olacaq. Prinston Universitetinin alimləri belə bir qənaətə gəliblər ki, qaranlıq enerji təbiətin sabit gücü deyil və o, müəyyən müddətdən sonra dəyişə bilər. Belə ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən itələyici qüvvəsi sonda zəifləyə və tamamilə dayana bilər. Bunun baş verəcəyi halda qaranlıq enerjinin digər imkanı ortaya çıxacaq. Söhbət, cəzbetmə gücündən gedir. O isə öz növbəsində kainatın yavaş-yavaş sıxılmasına gətirib çıxardacaq.

Alimlər tərəfindən kainatın təkamülü üzrə yaradılmış model onu göstərib ki, kainatın sürətli genişlənməsi 65 milyon ildən sonra dayana bilər. Daha 100 milyon il ərzində kainat ümumiyyətlə genişlənməyəcək.

    Növbəti mərhələdə isə yavaş-yavaş sıxılma prosesi işə düşə və bir neçə milyard il ərzində davam edə bilər. Nəticədə kainat ya məhv olacaq ya da onun yeni doğuşu baş verəcək. “Biz düşünürük ki, kainat genişlənməsi prosesi olduqca tez bir zamanda ləngiyəcək. Belə ki, kosmik miqyasda 65 milyon il o qədər də böyük zaman göstəricisi deyil” - deyə Prinston Universitetinin alimi Paul Steinhardt qeyd edib. Hələ keçə əsrin 90-cı illərində alimlər öyrənmişdilər ki, kainat milyardlarla il bundan öncəki vəziyyəti ilə müqayisədə daha sürətlə genişlənir və bunun əsas səbəbi qalaktikalar kimi yüksək kütləli kosmik obyektləri bir-birilərindən itələmə gücünə sahib qaranlıq enerjidir. Albert Eynşteyn tərəfindən təklif edilmiş nəzəriyyəyə əsasən qaranlıq enerji dəyişməyən formaya sahibdir. Yəni bu bilinməyən güc dəyişmir və buna görə də kainatın genişlənməsi sonsuza qədər davam edəcək. Lakin aralarında Paul Steinhardt-ın da olduğu alimlərin 1998-ci ildə təqdim etmiş olduqları digər bir nəzəriyyəyə əsasən qaranlıq enerjinin sabit qalması zəruri deyil və onun özəllikləri dəyişə bilər.


Bu isə o deməkdir ki, qaranlıq enerji itələmə qüvvəsi ilə yanaşı həmçinin cəzbetmə qüvvəsinə sahibdir.

    Kainatın inkişafı üzrə yeni modeli yaradaraq alimlər belə bir qənaətə gəliblər ki, qaranlıq enerjinin, kainatın genişlənməsinə təkan verən qüvvəsi müəyyən müddətdən sonra zəifləyəcək. Alimlər tərəfindən yaradılmış modelləşdirməyə əsasən qaranlıq enerjinin itələmə qüvvəsi hələ bir neçə milyard il bundan öncə ləngiməyə başlayıb. Buna görə də kainatın sürətli genişlənməsi artıq indidən ləngiməyə başlayıb. Steinhardt-n sözlərinə əsasən kainatın genişlənmə prosesi bitdikdən sonra onun sıxılma prosesi başlayacaq və bu proses çox ləng şəkildə gedəcək. Kainatın indiki ölçüsünün yarısına kimi sıxılması üçün bir neçə milyard il lazım olacaq.

    “Biz düşünürük ki, sonda ehtimal edilən 2 hadisədən biri baş verəcək. Ya kainat məhv olana və məkan-zamanın bitməsinə kimi sıxılmağa davam edəcək, ya da o, Böyük partlayışdan öncəki vəziyyətə kimi sıxılacaq və nəticədə daha bir Böyük partlayış baş verərək yeni kainatın yaranmasına səbəb olacaq” - deyə Steinhardt qeyd edib. Əgər ehtimal edilən bu hadisələrdən ikincisi baş versə, deməli kainat mütəmadi şəkildə genişlənir və sıxılır. Bu isə o deməkdir ki, bizim kainatımız, sonsuz kainatlar seriyasında ilk və ya sonuncu deyil. Təəssüflər olsun ki, aparılmış bu yeni araşdırma sadəcə olaraq nəzəriyyə xarakteri daşıyır və onu hər hansı bir üsul ilə yoxlamaq imkanı mövcud deyil. Bəlkə də sonun necə olacağını bizim uzaq gələcəkdəki nəsillərimiz görə biləcəklər.



DAHA ÇOX


Süni zəka keçən ay təkcə ABŞ-da 3900 nəfər işçinin ixtisarına səbəb olub..

İT sahənin mütəxəssisləri son zamanlardan dəfələrlə qeyd edirlər ki, süni zəka sistemlərinin inkişaf..


Yeni tədqiqata əsasən qalaktikamızda həyat üçün münbit şəraitə sahib yüz milyonl..

Alimlər Gaia və Kepler teleskopları vasitəsilə əldə edilmiş məlumatları analiz edərək bu cür nəticəy..


Qədim qalaktikada yeni ulduzların formalaşmasını dayandırmış super kütləli qara ..

Alimlər James Webb kosmik teleskopundan istifadə edərək GS-9209 adlı qədim qalaktikada yeni nəhəng q..


Süni zəka üzrə aparıcı mütəxəssislər öz məhsullarını nüvə silahı səviyyəsində tə..

OpenAI, Google DeepMind, Anthropic və süni zəka sahəsində faəliyyət göstərən digər şirkətlərin rəhbə..


BMT növbəti 5 il ərzində olacaq ekstremal temperatur yüksəlişi barəsində xəbərda..

BMT-nin yeni hesabatındakı proqnozlara əsasən qlobal temperaturun yüksəlməsi 66%-lik ehtimal ilə tem..


Alimlər nadir rast gəlinən yeni qara dəlik kəşf ediblər

Alimlər Hubble teleskopu vasitəsilə yeni qara dəliyi kəşf ediblər.

×