Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'

Alimlər: 'Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır'

Süni zəka və Elm
28.07.2021 PAYLAŞIM

    İsveçrədən olan alimlər aşkar ediblər ki, keçən il Sibirdə, bu il isə Kanadanın qərb hissəsində müşahidə edilmiş rekord istilik temperaturu qlobal istiləşmənin intensivliyi əvəzinə yüksək temp ilə baş verib. Bu isə o deməkdir ki, yaxın onilliklərdə insanlar üçün təhlükəli olan ekstremal temperatur halları daha çox olacaq. İndiyənə kimi qlobal istiləşmənin istilik dalğalarına təsiri üzrə olan tədqiqatlar əsasən mövcud olan temperaturun hansısa hesabat dövrü ilə müqayisəsinə əsaslanırdı. Lakin İsveçrədən olan alimlərin sözlərinə əsasən baş verən dəyişikliyin sürəti də çox vacib faktorlardan biridir. Alimlər planetdəki müasir iqlimin vəziyyətini idmanla müqayisə ediblər.

    Adi şəraitdə idmançı hər hansısa bir rekorda çətinliklə imza atır və bu məsələdə hər şey hətta saniyədən belə asılıdır. Lakin idmançı dopinq qəbul edəndən sonra onun göstəriciləri ani olaraq çox yüksəlirlər. “Hal hazırda iqlim özünü steroid qəbul etmiş idmançı kimi aparır” - deyə alimlər qeyd ediblər. Keçən ay Britaniya Kolumbiyasında 49.6 dərəcə Selsi temperatur müşahidə edilmişdi. Bu göstərici əvvəlki illərdəki göstəricilərdən 5 dərəcə yüksəkdir. Hal hazırda olan istiləşmə tempi hər 10 il ərzində təqribi olaraq 0.2 dərəcə Selsi təşkil edir və bu temp növbəti 10-20 ildə davam edəcək.


    İnsanların atmosferə ifraz olunan CO2 miqdarını nə qədər tez bir zamanda aşağı salacaqlarından asılı olmayaraq sözügedən istiləşmə tempi olduğu kimi qalacaq. “Biz, çox sürətli istiləşmə dövründə olduğumuz üçün əvvəlki rekordları geridə qoyacaq daha isti temperatura hazırlıqlar görməliyik” - deyə alimlər qeyd ediblər. Hal hazırda olan parnik qazlarının emissiyalarının templəri çərçivəsində planet qızmağa davam edəcək və 2100-cü ilə kimi ortalama temperatur 3 dərəcə Selsi yüksələcək. Müşahidə olunan yüksək temperatur halları o deməkdir ki, Yer kürəsi insan sivilizasiyası tərəfindən görülməmiş sürətdə qızır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×