Alimlər hava temperaturunun rekord dərəcədə artdığını müşahidə ediblər

Alimlər hava temperaturunun rekord dərəcədə artdığını müşahidə ediblər

Süni zəka və Elm
09.07.2021 PAYLAŞIM

    Kanada ABŞ-da yüksək hava temperaturu hadisəsini şərh edən zaman klimatoloqlar bütün dünyanın ekstremal hava şəraiti dövrlərinə hazırlıq tədbirlərini gücləndirməyinin vacibliyini qeyd ediblər. Bir neçə gün bundan öncə təqdim edilmiş müşahidə nəticələrinə əsasən insan fəaliyyəti səbəbilə yaranan iqlim dəyişiklikləri ekstremal hava şəraitləri ehtimalını 150 dəfə yüksəldib. Bu barədə The Guardian saytı xəbər verib. Keçən həftə Britaniya Kolumbiyası, Vaşinqton Portlenddə sutkalıq temperatur göstəricisi 5 dərəcə yüksələrək 49.6 dərəcə Selsi təşkil etmişdi. Bu isə rekord göstərici hesab edilir.

    2 həftə bundan öncə həmin regionlarda bu cür yüksək temperatur göstəricisi qeyri-mümkün hesab edilirdi. Əsasən Afrika olmaqla bu cür hava temperaturu tendensiyası bütün dünyada müşahidə oluna bilər. Ən isti iyun ayı bu il Helsinki, MoskvaTallində müşahidə olunub. Alimlər parnik qazlarının emissiyası səbəbilə yarana biləcək isti hava dövrlərini dəfələrlə proqnozlaşdırırdılar. Lakin aparılmış yeni tədqiqatın müəlliflərinin sözlərinə əsasən proses artıq işə düşüb və o, iqlim modelləri üzrə istənilən ən pis senarini geridə qoyur. “Heç şübhəsiz bu, mənim gördüyüm ən böyük temperatur artımıdır. Biz, istilik dalğalarının özlərini əvvəlki kimi aparacaqlarına ümid edə bilmərik” - tədqiqatçılardan biri qeyd edib.


    Hal hazırda əsas sual ondan ibarətdir ki, müşahidə olunmuş yüksək hava temperaturu sadəcə olaraq təsadüf olub yoxsa yox? Əgər bu hadisə təsadüfi deyilsə, deməli iqlim sistemi müəyyən sərhədi keçib və bu halda yeni mərhələyə start verilib Yeni mərhələ çərçivəsində isə qlobal istiləşmə böyük olmayan həcmdə ekstremal temperatur şəraitlərinin sayını yüksəldə bilər. Bu son ehtimalın elmi sübutları hələ ki, mövcud deyil. Lakin alimlər bu məsələyə aydınlıq gətirmək üçün təcili müşahidələrə start veriblər. Onlar quraqlıq və okean axınlarının zəifləməsi kimi əlavə iqlim formalarının hava temperaturunu artırıb-artırmadıqlarını öyrənmək istəyirlər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Kainatın ən detallı 3D modeli yaradılıb (VİDEO)

Beynəlxalq tədqiqatçılar komandası kainatın ən detallı 3D modelini yaradıb.


BMT dövlətləri süni zəka texnologiyalarını məhdudlaşdırmağa çağırıb..

Son zamanlarda süni zəka əsaslı alqoritmlərin məhdudlaşdırılması və ya ümumiyyətlə qadağan edilməsi ..


Startap nəsli kəsilmiş mamontları bərpa edəcəyinə söz verib (VİDEO)

15 milyon dollar investisiya əldə etmiş Colossal adlı startap nəsli kəsilmiş növlərin bərpa olunması..


Qaranlıq materiya detektoru təsadüfən qaranlıq enerjini aşkar etmiş ola bilər..

Kembric Universitetinin alimləri XEON1T adlı qaranlıq materiya detektorunun aktivliyini analiz edərə..


Bu il ozon dəliyinin ölçüsü rekord həddə çatıb

Atmosfer monitorinqi üzrə Nikolay Kopernik adına xidmət idarəsinin mütəxəssisləri bildiriblər ki, bu..


Perseverance aparatının Marsda əldə etdiyi süxur nümunələri həyat üçün münbit şə..

NASA-dan olan tədqiqatçılar bildiriblər ki, Perseverance aparatı tərəfindən yığılmış yeni Mars süxur..

×