main-post-cover

    Alimlər ilk dəfə insan qanında plastik hissəciklər aşkar ediblər

    Süni İntellekt
    27.03.2022
    Farid Pardashunas
        Amsterdam Azad Universitetinin alimləri qanın analizi üzrə yeni üsuldan istifadə edərək plastik hissəciklərin insanın qan axınında mövcud olduqlarına dair ilk sübutları əldə ediblər. Plastik tullantılar ətraf mühitə düşdükdən sonra okean axınlarının, küləyin və ultrabənövşəyi şüalanmanın təsirlərinə məruz qalırlar. Nəticədə plastik tullantılar kiçik hissəciklərə parçalanırlar. Bu cür hissəciklər mikroplastik adlanırlar. Bu mikroplastikin heyvanların və balıqların orqanizmlərinə düşərək qarşısıalınmaz fəsadlara yol açması üzrə sübutlar mövcuddur. Amsterdam Azad Universitetinin alimləri isə yeni qan analizi üsulundan istifadə ediblər və tədqiqatda iştirak etmiş şəxslərin qanlarında bu üsul vasitəsilə mikroplastik aşkar ediblər. Alimlər təcrübədə iştirak etmiş 22 nəfər sağlam şəxsdən 16-nın qanında mikroplastik aşkar ediblər.
        Bu, plastik hissəciklərin insan qanına düşə bilmələri üzrə əldə edilmiş ilk sübutdur. “Aşkar edilmiş plastik hissəciklərin 1 millilitr qanda ümumi həcmləri 1.6 mikroqramm təşkil edib. Bu isə hər 1000 litr üçün 1 çay qaşığı həcmində mikroplastik deməkdir” - deyə mütəxəssislər qeyd ediblər. Alimlər təyin ediblər ki, qanda ən çox yayılmış plastik hissəciklər polietilentereftalat fraqmentləri, polietilen polistirol olub. Aşkar edilmiş plastik hissəciklər insan hüceyrələrinə toksik təsir göstərə və onların formalarını dəyişə bilər. Bundan əlavə olaraq bu hissəciklərin xolesterin səviyyəsinin yüksəlməsinə və ürək-damar xəstəliklərinin yaranmasına səbəb ola bilərlər. Hal hazırda alimlər plastik hissəciklərin qandan toxumalara və orqanlara necə keçid edə biləcəklərini öyrənmək istəyirlər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər