main-post-cover

    Alimlər ilk dəfə Süd Yolu qalaktikasından kənarda planet aşkar etmiş ola bilərlər

    Süni İntellekt
    26.10.2021
    Emil Nəcəfov
        NASA-ya məxsus olan Chandra adlı rentgen teleskopu ilk dəfə olaraq Süd Yolu qalaktikasının sərhədlərindən kənarda planet mövcudluğuna işarə edən faktorlar aşkar edib. Güman olunan kosmik obyekt Yer kürəsindən 28 milyon işıq ili uzaqlığında yerləşən Messier 51 adlı qalaktikada aşkar edilib. Chandra teleskopu kosmosun ən isti yerlərindən rentgen şüalanmalarını müşahidə etmək üçün inşa edilib. Bir neçə müddət bundan öncə alimlər müşahidə olunan obyektlərdən birinin parlaqlığındakı dəyişiklikləri aşkar ediblər.
        Bu proses adətən planetin öz ulduzu qarşısından keçdiyi zaman baş verir. Planet ulduzun qarşısından keçən zaman nəticədə işıq şüalanması dayanır. Bu üsul vasitəsilə alimlər Süd Yolu qalaktikasında çoxlu sayda ekzoplanet aşkar ediblər. Məlumatda qeyd edilib ki, aşkar edilmiş potensial planetin ölçüsü rentgen şüalanmasına səbəb olan mənbənin ölçüsünə yaxındır. Potensial planet məhz həmin mənbənin ətrafında dövr edir. Bu həm neytron ulduzu həm də qara dəlik ola bilər. Tədqiqatçılar bildiriblər ki, müşahidə edilən potensial planetin ulduz diski yaxınlığından keçməsi öz növbəsində 3 saat müddətində bir çox rentgen şüalanmasını bloklayıb.
        Dolayı məlumatlar sayəsində alimlər təyin ediblər ki, potensial planetin ölçüsü Saturnun ölçüsünə yaxındır. Tədqiqatçılar bildiriblər ki, aşkar edilmiş kosmik obyekt potensial olaraq planet ola bilər. Lakin bunu dəqiqləşdirmək üçün əlavə müşahidələr və məlumatlar lazımdır. Məsələ burasındadır ki, aşkar edilmiş kosmik obyekt çox böyük orbitə sahibdir. Bu isə o deməkdir ki, həmin kosmik obyekt öz ulduzunun qarşısını bir də 70 ildən sonra bağlayacaq. Bu cür faktor isə obyektin müşahidə prosesini qəlizləşdirir. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər