main-post-cover

    Alimlər ilk dəfə supernova ulduzunun partlayış anı fotosunu əldə edə biliblər

    Süni İntellekt
    10.08.2021
    Emil Nəcəfov
        Avstraliya Milli Universitetinin astronomları dünyada ilk dəfə supernova ulduzunun partlayış anı fotosunu əldə edə biliblər. Söhbət, bizim Günəşdən 100 dəfə böyük olmuş SN2017jgh adlı ulduzdan gedir. Supernova ulduzunun yaranma prosesinin ilkin mərhələsi o qədər sürətlə reallaşır ki, teleskopların əksəriyyəti həmin anı tuta bilmir. Bu məsələ ilə bağlı indiyənə kimi olmuş məlumatlar səthi olublar və supernova ulduzunun ilkin mərhələsi hesab edilən parlaq partlayışı özündə birləşdirməyiblər. Supernova ulduzunun partlayış anı fotosu 2017-ci ildə Kepler teleskopu vasitəsilə əldə olunub.
        Çox güclü işıq məhv olmaq üzrə olan ulduzun daxilindən keçən dalğa zərbəsi rolunu oynayır. Bu proses ulduzun partlamasından bir neçə saniyə öncə baş verir. Bu kəşf supernova mərhələsinə keçmiş digər ulduzları identifikasiya etməkdə yardımçı olacaq. Supernova ulduzlarınn müşahidə edilməsi astronomiyanın ən vacib sahələrindən biridir. Bu, kainatın tərkibində olan elementlərin mənşəylərini öyrənməkdə çox yardımçı olur. Kepler teleskopunun öz fəaliyyətini dayandırmasına baxmayaraq NASA Transiting Exoplanet Surbey Satellite (TESS) kmi yeni teleskoplar supernova ulduzlarının ilkin mərhələdə partlayışlarını təyin edə bilirlər.
    Linki kopyala