Reklam
Alimlər indiyənə kimi kəşf edilmiş kometlərdən ən böyüyünü təyin ediblər

Alimlər indiyənə kimi kəşf edilmiş kometlərdən ən böyüyünü təyin ediblər

Süni zəka və Elm
18.04.2022 PAYLAŞIM

    Hubble kosmik teleskopu Günəş sistemi istiqamətində hərəkət edən kometin buz nüvəsinin fotosunu çəkib. Sözügedən kometin diametri 137 km təşkil edir. Bu göstərici isə onu indiyənə kimi aşkar edilmiş kometlər arasında ən böyüyü edir. “Bu komet Günəş sistemində aşkar edilməsi demək olar qeyri-mümkün olan çox kiçik ölçülü minlərlə digər kometin arasında aysberqin yuxarı hissəsi kimidir. Biz həmişə şübhələnmişik ki, onun ölçüsü çox böyük olmalıdır. Belə ki, o, belə uzaq məsafədə də olduqca parlaq şəkildə qalır. İndi isə biz bunu rəsmi şəkildə təsdiqləyə bilirik” - deyə alimlər qeyd ediblər.


    Qeyd etmək lazımdır ki, sözügedən komet ilk dəfə olaraq 2010-cu ildə kəşf edilmişdi. C/2014 UN271 adını əldə etmiş bu komet alimlərin diqqətlərini öz parlaqlığı ilə çəkib. Sözügedən kometin Günəşdən 5 milyard km məsafədə olmasına baxmayaraq öz parlaqlığı hesabına onu müşahidə etmək mümkündür. Bu cür böyük ölçülü kometlər tozdan ibarət örtüyə sahib olurlar və həmin örtük onların nüvələrini əhatə edir. Bu səbəbdən də bu cür kometləri aşkar etmək bir qədər qəlizdir.

    Hubble kosmik teleskopu ilə yanaşı bu kometi həmçinin yerüstü teleskoplar da müşahidə ediblər. Onun ölçüləri ilə kütləsi barəsində məlumatları əldə etmək üçün alimlər əldə edilmiş fotoları və radiomaqnit şüalanma məlumatlarını bir araya gətiriblər. Güman olunur ki, kometin nüvəsinin diametri 137 km, kütləsi isə 500 trilyon ton təşkil edir. Alimlər onu da təyin ediblər ki, hal hazırda C/2014 UN271 adlı komet Günəş sistemi istiqamətində saatda 35.000 km sürətlə hərəkət edir. Lakin onların fikirlərinə əsasən komet Günəşə yaxın olmayacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×