main-post-cover

    Alimlər insan beyni ilə kainat arasındakı oxşarlıqları aşkar ediblər

    Süni İntellekt
    23.11.2020
    Emil Nəcəfov
        Texnologiyaların inkişafına baxmayaraq insan beyni özündə bir çox sirri birləşdirir və müasir elm insan beyni ilə bağlı bir çox suala cavab verə bilmir. Tədqiqatçıların fikirlərinə əsasən insan beyni daha qəliz bir sistem ola bilər. Belə ki, alimlər aşkar ediblər ki, insan beyni bir çox özəlliyə görə kainat ilə oxşardır. Bu barədə Futurism.com saytı xəbər verib.
    Beyin neyronları (sol tərəfdəki foto) və kainat (sağ tərəfdəki foto):
        Bolonya Universitetindən olan astrofizik Franco Vazza Verona Universitetindən olan neyrocərrah Alberto Feletti-nin tədqiqatları nəticəsində məlum olub ki, kainatın strukturu insan beyninin neyron şəbəkəsinə bənzəyir. Onların sözlərinə əsasən bu obyektlər oxşar qəlizlik səviyyəsini və özünütəşkili sərgiləyirlər. İnsan beyni 69 milyard neyrondan, kainat isə bir-biri ilə kosmik hörümçək tor vasitəsilə əlaqəli olan minimum 100 milyard qalaktikadan ibarətdir. Qalaktikalar kainatın ümumi kütləsinin 30%-ni, neyronlar isə insan beynin ümumi kütləsinin 30%-ni təşkil edirlər.

    Həm qalaktikalar həm də neyronlar ip üzərində kiçik muncuqlar kimi yerləşirlər.

        Məlumdur ki, kosmosda kütlənin 70%-ni qara enerji təşki edir. İnsan beyninin ümumi kütləsinin 70%-ni isə su təşkil edir. “Biz bu hər iki sistemin spektral sıxlığını hesablamışıq. Bizim tədqiqatımız onu göstərib ki, beyinciyin neyron şəbəkəsində 1 mikrometrdən 0.1 millimetrə qədər olan miqyasında dəyişikliklərin paylanması materiyanın kosmik hörümçək torunda paylanması ilə üst-üstə düşür. Lakin kainatda bu paylanma daha iri miqyasda baş verir. Söhbət, 5 milyon işıq ilindən 500 milyon işıq ilinə kimi olan miqyasdan gedir” - deyə tədqiqatçılar qeyd ediblər.
    Beyinciyin 40 qat böyüdülmüş hissəsi (sol tərəfdəki foto) və 300 işıq ili miqyasında kosmik hörümçək torunun imitasiyası (sağ tərəfdəki foto):
        Alimlərin sözlərinə əsasən bu iki sistem bir sıra parametrlərə görə bir-birinə bənzəyir: Hər bir düyündə olan birləşmələrin ortalama sayı və şəbəkə daxilində müvafiq mərkəzi düyünlər üzrə olan bir neçə birləşmənin klasterizasiya tendensiyası. Bu cür fenomeni izah etmək çox qəlizdir. Çox güman ki, bu, həm kiçik həm də böyük miqyaslarda təsirini göstərən fiziki güclər ilə əlaqəlidir. Tədqiqatı aparmış alimlər ümid edirlər ki, bu tədqiqat kosmologiya və neyrocərrahiyyə sahələrində yeni analiz üsullarını ortaya çıxardacaq və bu cür strukturların zamanla necə təkamül etdiklərini anlamağa imkan verəcək.
    Linki kopyala