Logo
    main-post-cover

    Alimlər insan kreativliyinin nədən asılı olduğunu təyin ediblər

        Yaradıcılıq qəliz mexanizmlərə əsaslanır və həmin mexanizmlərdə motivasiya əsas rolu oynayır. Lakin məqsədə doğru irəliləmək bizlərin bir ideyanı digərlərindən üstün tutduğumuzu izah etməyə kifayət edəcək bir faktor deyil. Alimlər yaradıcılıq prosesinin modelini yaratmaq üçün riyazi üsullardan istifadə ediblər. Onların aparmış olduqları tədqiqat onu göstərib ki, yaradıcılıq impulsu mexaniki təbiətə sahibdir və o daha öncədən təxmin edilə bilər. Bu isə öz növbəsində yaradıcılığın insana tabe olmayan hansısa bir sirr kimi qəbul edən anlayışa ziddir. Kreativlik bu və ya digər kontekst çərçivəsində orijinal və aktual ideaların tərtib edilməsi, problemlərin həll edilməsi və ya vəziyyətin yaxşılaşdırılması bacarığı kimi qəbul edilir. Bu, dəyişikliklərə adaptasiya olmaq və ya dəyişiklikləri işə salmaq üçün nəzərdə tutulmuş əsas bacarıqdır.
        Alimlər yaradıcı ideyaların tərtib edilməsində iştirak edən koqnitiv mexanizmlər barəsində maraqlanıblar. Mütəxəssislər bir mövzuda ortaq fikirə sahibdirlər ki, yaradıcılıq prosesi iki ardıcıl fazadan təşkil olunur. Yeni ideyaların tərtib edilməsi və onların potensiallarının qiymətləndirilməsi. Yaradıcılıq həmçinin riyazi üsullar vasitəsilə modelləşdirilməsi mümkün olan 3 səviyyədən ibarətdir. 1) Özəl biliklərə əsaslanan və mümkün variantları təsəvvür etməyə imkan verən tədqiqat; 2) İdeyanın keyfiyyətinin qiymətləndirilməsi; 3) Bizə lazım olan konseptin seçilməsinə imkan verən seçim imkanı. Bu 3 səviyyə arasındakı qarşılıqlı əlaqəni anlamaq üçün alimlər onları hesablayıcı modeldə işə salıblar. Daha sonra isə hesablayıcı model təşkil edilmiş təcrübə iştirakçılarının faktiki davranışları ilə müqayisə edilib.
        Təşkil edilmiş təcrübədə iştirak etmiş 71 nəfərə Paris Beyin İnstitutunun PRISME adlı platforması vasitəsilə müstəqil assosiasiya testindən keçmək təklif edilib. Bu test çərçivəsində iştirakçılar öz ağıllarına gələn hər bir sözü sərbəst şəkildə uyğunlaşdırıblar. Daha sonra iştirakçılara onların uyğunlaşdırılmış sözlərdən təşkil edilmiş ideyaları nə dərəcədə bəyəndiklərinin və həmin ideyaların aktual və orijinal olub-olmadıqlarını qiymətləndirmək təklif edilib. Nəticələr onu göstərib ki, ideyaların subyektiv qiymətləndirilməsi kreativlikdə vacib rol oynayır. Alimlər ideyaların tərtib ediməsi sürəti ilə onların qiymətləndirilməsi səviyyəsi arasındakı əlaqəni aşkar ediblər. Başqa sözlə desək, səsləndirmək istədiyiniz ideya sizin xoşunuza nə qədər çox gəlirsə, siz onu bir o qədər sürətlə tərtib edir və fikirləşirsiz.
        Digər bir maraqlı faktor isə ondan ibarətdir ki, bu qiymətləndirmə iki subyektiv özəlliyi birləşdirir. Orijinallıq və aktuallıq. Bu iki özəllik müxtəlif insanlarda fərqlənir. Hər şey insanların həyat təcrübələrindən, kimliklərindən və onların ətraflarından asılı olur. Bəzi insanlar ideyanın aktuallığından daha çox onun orijinallığına, bəzi insanlar isə ideyanın orijinallığından daha çox aktuallığına üstünlük verirlər. Lakin bu və ya digər ideyanın orijinallığının və ya aktuallığının seçimi yaradıcı düşüncədə həlledici rol oynayır. Orijinal ideyalara üstünlük verən insanlar daha ixtiraçı konseptlər təklif edirlər. Aparılmış bu tədqiqatlar onu göstəriblər ki, yaradıcılıq impulsu mexaniki təbiətə sahibdir və o, təxmin ediləndir. Bu isə yaradıcı düşüncənin idarə oluna bilinməyən sirli proses olduğu stereotipini aradan qaldırır.
    Paylaş
    Bənzər xəbərlər