main-post-cover

    Alimlər: İnsan orqanizmi üçün ilin yalnız 2 fəsli mövcuddur

    Süni İntellekt
    07.10.2020
    Farid Pardashunas
        Biz ili 4 fəslə bölməyə öyrəşmişik. Lakin amerikalı alimlərin yeni tədqiqatları sübut edir ki, bizim orqanizmimiz yalnız 2 fəsli qeydiyyata alır. Kaliforniya sakinlərinin molekulyar strukturlarında olan dəyişiklik onu göstərir ki, müəyyən üsulla yaz payız fəsillərini inkar edərək qışa yaya adaptasiya olur. Bu cür kəşf müxtəlif dərman preparatlarının təcrübələrini daha dəqiq reallaşdırmağa imkan verəcək. Bu barədə Hightech.plus saytı xəbər verib. Stenford Universitetinin alimləri 4 il ərzində xüsusi təcrübədə iştirak etmiş yüzlərlə insanın molekulyar məlumatlarını yığıblar. Beləliklə onlar təyin ediblər ki, insan orqanizmi həqiqətən də il ərzində proqnozlaşdırılan dəyişikliklərə reaksiya verir. Lakin həmin reaksiyalar ilin ənənəvi şəkildə yay, payız. qış və yaz fəsillərinə bölünməsi ilə uyğunlaşmır.

    Alimlər qeyd ediblər ki, 1000-dən çox molekul il ərzində öz davranışını dəyişir. Lakin bu proses ildə iki dəfə baş verir: Yayın əvvəli və payızın sonu ilə qışın əvvəli.

        Arqument gətirmək olar ki, Kaliforniyada il ərzində onsuz da iki hava şəraiti hökm sürür: İsti və soyuq. Lakin alimlər qeyd ediblər ki, onların əllərində olan molekulyar məlumatlar hava dəyişikliyi ilə üst-üstə düşmürlər. Hər şey daha qəlizdir. Keçirilmiş xüsusi təcrübədə 25 yaşdan 75 yaşa kimi 105 nəfər insan iştirak edib. İştirakçıların yarısının orqanizmləri qlükozanı adi şəkildə emal etməyiblər. Təcrübə iştirakçıları ildə 4 dəfə qan analizi veriblər. Alimlər isə əldə edilmiş qan nümunələrinin molekulyar tərkiblərini analiz edərək immunitet, iltihablar, ürəyin vəziyyəti, metabolizm və s. məlumatları əldə ediblər. Bununla yanaşı alimlər iştirakçıların fiziki yüklənmələri və qida vərdişlərini də analiz edirdilər.

    4 il ərzində yığılmış bütün bu məlumatlar onu göstərib ki, yaz fəslinin sonu iltihablı biomarkerlərin saylarının artması ilə üst-üstə düşür.

        Həmin iltihablı biomarkerlər allergiyalarda böyük rol oynayır və həmçinin molekul səviyyəsinin yüksəlməsi ilə osteoartrit revmatoid artriti kimi xəstəliklərə təsir göstərirlər. Bununla yanaşı alimlər müşahidə ediblər ki, hemoqlobin növlərindən biri olan HbAc1 adlı zülalın sayı da artır. Bu zülal isə 2-ci növ diabetin siqnalı deməkdir. Qışın əvvəlində virus infeksiyaları ilə mübarizə aparan immun molekullarının və sızanaq xəstəliyinin inkişafında iştirak edən mokelulların saylarının artması müşahidə edilir. Bioloqların bu kəşfləri dərman preparatlarının istehsalı və testi ilə məşğul olan şirkətlər üçün əla fürsət ola bilər. Məsələn əgər onlar hipertoniyaya qarşı dərman preparatlarının testlərini aparırlarsa onlar üçün test nəticələrinin yay və qış aylarında fərqli olduqlarını bilmək faydalı olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər