Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilmirlər

Alimlər kainatda olan işığın yarısının mənbəyinin hardan olduğunu aşkar edə bilmirlər

Süni zəka və Elm
23.11.2020 PAYLAŞIM

    Son onilliklər ərzində güclü teleskoplar və inkişaf etmiş texnologiyalar sayəsində insan sivilizasiyası kainatın müşahidə olunmasında yüksək dərəcədə inkişaf edib. Lakin görünür, elmi cəmiyyətin gözündən nəsə yayınıb. Belə ki, astronomlardan ibarət qrup bildirib ki, son elmi tədqiqatlara əsasən kainatda mövcud olan işığın yarısının mənbəyi bilinmir. Bu barədə Futurism.com saytı xəbər verib.

    5 il bundan öncə New Horizons adlı kosmik aparat Plutondan yan keçərək Koyper qurşağı istiqamətində səyahətini davam etdirən zaman alimlər kosmik aparatın alətlərindən istifadə edərək kainatın parlaqlığını təyin etməyə çalışmışdılar. Alimlər kosmik aparat tərəfindən çəkilmiş fotoları diqqətlə analiz etmiş və məlum olan bütün işıq mənbələrini filtrdən keçirtmişdilər.


    Lakin nəticədə kainatda mövcud olan işığın yarısının mənbəyini təyin etmək mümkün olmamışdı. Bu isə ondan xəbər verə bilər ki, alimlər öz tədqiqatları zamanı nəyisə gözdən qaçırdıblar. Müasir tenxologiyalar isə gözdən qaçmış hansısa ehtimalı təyin edə bilmirlər. Alimlər güman edirlər ki, bu, teleskopların təyin edə bilmədikləri qalaktikaların işıqları və ya digər bir şeydir. Heç istisna deyil ki, qalaktikaların daxilində olan işıq miqdarı həmçinin qalaktikaların xaricində də mövcuddur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Canlı hüceyrələrə sahib yaradılmış yeni gel zədələnmiş sümükləri birbaşa orqaniz..

Əgər hansısa xəstəlik və ya zədələnmə nəticəsində insan sümüyünün bir hissəsini itirirsə, o, həmin i..


Elon Musk CO2-nin udulması üzrə ən effektiv texnologiyanı yaradana 100 milyon do..

Elon Musk, CO2-nin udulması və saxlanması üzrə ən yaxşı texnologiya konkursunu keçirtmək niyyətindəd..


Təqribi olaraq 20 ildən sonra planetdəki meşələrin yarısı CO2 ifraz etməyə başla..

Yer kürəsinin yaşıllıq sahəsi insan tərəfindən atmosferə ifraz edilən qazıntı yanacaq emissiyalarını..


Vaksinlərdən birini yaratmış Moderna şirkətinin direktoru: 'Koronavirus bizimlə ..

İnfeksion xəstəliklər üzrə mütəxəssislər və səhiyyə təşkilatlarının məmurları xəbərdarlıq edirlər ki..


Süni zəka üzrə mütəxəssislər: 'Biz dəqiq şəkildə yüksək zəkalı sistemi idarə edə..

Avtomobilləri idarə edən, müxtəlif növ musiqilər bəstələyən, stolüstü və kompüter strategiya oyunlar..


Kainatın görünən hissəsində əvvəllər düşünüldüyü kimi trilyonlarla qalaktika möv..

Astronomların yeni tədqiqatlarına əsasən kainatın müşahidə olunan hissəsində əvvəllər düşünüldüyündə..

×