Alimlər kainatın görünən hissəsindəki qara dəliklərin saylarını təyin ediblər

Alimlər kainatın görünən hissəsindəki qara dəliklərin saylarını təyin ediblər

Süni zəka və Elm
19.01.2022 PAYLAŞIM

    Qara dəlikləri görmək imkanının hələ olmadığına baxmayaraq alimlər onların kainatın görünən hissəsindəki təqribi saylarını təyin etməyə nail ola biliblər. Alimlərin məlumatlarına əsasən onların sayı həddindən artıq çoxdur. Qeyd etmək lazımdır ki, alimlər ulduz kütləli  qara dəliklərin saylarını təyin ediblər. Söhbət, tək və ya ikili ulduzların məhv olmalarından sonra yaranmış qara dəliklərdən gedir. Əldə olunmuş nəticə onu göstərir ki, qara dəliklər kainatın görünən hissəsindəki adi materiyanın 1%-ni təşkil edirlər. Daha dəqiq desək, kainatın görünən hissəsində ulduz kütləli 40 kvintilyon ədəd qara dəlik mövcuddur. Aparılmış tədqiqatda alimlər həmçinin qara dəliklərin birləşmələri faktorundan da istifadə ediblər.

    Belə ki, qara dəliklərin birləşmələri nəticəsində yaranan qravitasiya dalğaları üzrə əldə edilmiş məlumatlar əsasında qara dəliklərin saylarını təyin etmək mümkündür. Nəticədə alimlər kainatın mövcud olduğu bütün müddət ərzində ulduz kütləli qara dəliklərin yaranma sürətlərini təyin etməyi bacarıblar. Alimlərin sözlərinə əsasən hal hazırda kainatın görünən hissəsində ulduz kütləli 40 kvintilyon qara dəlik olmalıdır. Bununla belə ən yüksək kütləli qara dəliklər ikili qara dəliklərin birləşmələri nəticəsində yaranıblar. Alimlər həmçinin erkən kainatdakı ulduz kütləli qara dəliklərin saylarını da təyin edə biliblər. Bu, çox vacib məsələdir. Belə ki, kainatın yaranmasından sonrakı ilkin mərhələlərdə super kütləli qara dəliklərin necə yarandıqları hələ də məlum deyil. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İqlim dəyişiklikləri insanların yuxu proseslərinə mənfi təsir göstərəcəklər..

İqlim dəyişikliklərinin nəticələri arasında su daşqınları, quraqlıq, aclıq və isti hava şəraiti var...


Süd Yolu qalaktikasının təkamülünü daha yaxşı anlamağa imkan verəcək yeni növ qa..

ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin alimləri cırtdan qalaktikalarda daha öncə məlum olmaya..


Ayın qaranlıq tərəfində quraşdırılması planlaşdırılan teleskop kainatın ən erkən..

Farside Array for Radio Science Investigation of Dark Ages and Exoplanets (FARSIDE) adlı yeni aşağı ..


Voyager kosmik aparatları insan sivilizasiyasını 'ölümsüzləşdirə' bilərlər..

Hal hazırda Voyager-1 və Voyager-2 kosmik aparatları Yer kürəsindən ən uzaq məsafədə yerləşən süni y..


Almaz yağışlarının yağdıqları planet: Alimlər Neptun planetinin maraqlı özəllikl..

Neptun planeti Urandan sonra Günəş sisteminin ikinci buz nəhəngidir. O, Yer kürəsindən fərqli olaraq..


Alimlər yadplanetli həyat növünü hansı planetlərdə axtarmaq lazım olduğunu öyrən..

Kopenhagen Universitetindən olan alimlər belə qənaətə gəliblər ki, yadplanetli həyat növünün axtarış..

×