Reklam
Alimlər karlik qalaktikanın mərkəzində ən kiçik qara dəliyi aşkar ediblər

Alimlər karlik qalaktikanın mərkəzində ən kiçik qara dəliyi aşkar ediblər

Süni zəka və Elm
12.01.2022 PAYLAŞIM

    Alimlər Yer kürəsindən 110 milyon işıq ili uzaqlığında yerləşən Mrk 462 adlı karlik qalaktikada (bir neçə milyard ulduzdan ibarət kiçik qalaktika) indiyənə kimi aşkar edilmiş yüksək kütləli kiçik qara dəliklərdən ən kiçiyini aşkar ediblər. Yüksək kütləli qara dəliklərin kütlələrinin Günəş kütləsindən milyonlarla və hətta milyardlarla dəfə daha yüksək olduqlarını nəzərə alsaq, aşkar edilmiş bu yüksək kütləli kiçik qara dəliyin kütləsi Günəşin kütləsindən yalnız 200.000 dəfə daha yüksəkdir. Bu cür qara dəlikləri aşkar etmək çox çətindir. Bu cür qara dəliyin aşkar edilməsi öz növbəsində bəzi yüksək kütləli qara dəliklərin Günəşin kütləsindən cəmi 100 dəfə daha yüksək kütləyə sahib ölü ulduzlardan yarandıqlarını güman etməyə imkan verir. Yəni bu cür qara dəliklər yarandıqları zaman artıq böyük ölçüyə sahib olmurlar.

Digər tərəfdən erkən kainatda yüksək kütləli böyük qara dəliklərin mövcud olmalarının təyin edilməsi faktını nəzərə alsaq, qara dəliyin kiçik ulduz nüvəsindən necə yarandığını anlamaq çətin məsələdir.

    Həmin yüksək kütləli böyük qara dəliklər Böyük partlayışdan bir müddət sonra yaranıblar və bu müddət ərzində bu cür böyük ölçülərə sahib ola bilməzdilər. Alimlərin irəli sürdükləri digər nəzəriyyəyə əsasən isə erkən kainatda böyük ölçüyə və sıxlığa sahib qaz və toz buludları elə yüksək sıxılma prosesinə məruz qalıblar ki, onlar bir dəfəlik qara dəliklərə çevriliblər. Bu cür qara dəliklərin kütlələri Günəşin kütləsindən 10.000 dəfə daha yüksək olub. Bu isə öz növbəsində onların yüksək kütləli böyük qara dəliklərə çevrilmələrinə startın verilməsi üçün şərait yaradıb. Karlik qalaktikaların mərkəzlərində qara dəlikləri aşkar etmək çox çətindir. Daha böyük qalaktikaların mərkəzlərində mövcud olan qara dəliklərin aşkar edilməsi üçün alimlər həmin qara dəliklərin ətraflarında fırlanan ulduzların orbitlərindən istifadə edə bilirlər.


Lakin karlik qalaktikalar bu üsuldan istifadə üçün yaramırlar. Belə ki, karlik qalaktikalar çox kiçikdirlər və onların parlaqlıq səviyyələri çox aşağı səviyyədədir.

    Bu halda alimlər rentgen şüalanmasından istifadə edirlər. Qara dəlik öz ətrafına materiyanı yığaraq onu yüksək teperatura kimi qızdırır. Daha sonra isə həmin materiya yüksək enerjili işığı şüalandırır. Məhz buna bənzər işığı alimlər Mrk 462 adlı karlik qalaktikada aşkar ediblər. Bunun üçün alimlər Chandra adlı orbital rentgen rəsədxanasından istifadə ediblər. Məlum olub ki, sözügedən karlik qalaktikanın mərkəzində yüksək kütləli kiçik qara dəlik mövcuddur. Onun kütləsi isə Günəşin kütləsindən 200.000 dəfə yüksəkdir. Qeyd etmək lazımdır ki, daha öncə alimlər Leo I adlı karlik qalaktikanın mərkəzində yüksək kütləli böyük qara dəlik aşkar etmişdilər. Karlik qalaktikanın mərkəzində bu cür böyük qara dəliyin necə yarandığı isə sirr olaraq qalır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...


Alimlər Super Yer sinifinə daxil olan 2 yeni planet kəşf ediblər

Alimlər HD260655 adlı qırmızı cırtdan (kiçik və nisbətən soyuq ulduz) ətrafında dövr edən 2 maraqlı ..

×