main-post-cover

    Alimlər kompakt termonüvə reaktorunun inşasından danışıblar

    Süni İntellekt
    11.01.2021
    Emil Nəcəfov
        Termonüvə reaktorunun yaradılması ideyası 1 əsr bundan öncə ortaya çıxıb. Massaçusets Texnologiya İnstitutunun (MTİ) alimlərinin son bəyanatlarına əsasən artıq yaxın gələcəkdə onlar SPARC adlı kompakt reaktorun təhlükəsiz və ekoloji təmiz çalışan versiyasını təqdim edəcəklər. Bu barədə 4pda saytı xəbər verib. MTİ-dan olan tədqiqatçılar qrupu ilə bir sıra təşkilatlar bildiriblər ki, SPARC adlı termonüvə reaktoru artıq yaxın zamanda hazır olacaq.
        Bu cür bəyanat belə irimiqyaslı layihənin reallaşdırılmasına mane ola biləcək nəzəri ziddiyyətləri aşkar etməmiş 47 alimin tədqiqatına əsaslanır. Termonüvə sintezi energetika sahəsinin inqilabi həlli hesab edilir. Alimlərin fikirlərinə əsasən termonüvə sintezi texnologiyaların yeni inkişaf mərhələsinə keçidi təmin etməklə yanaşı həmçinin ekoloji təmiz və təhlükəsiz sonsuz enerji mənbəyinin yaradılmasına imkan verəcək. SPARC öz növbəsində yüksək temperaturlu plazmalı reaktorlar əsasında yaradılacaq ən böyük layihələrdən biri olmalıdır.
        Bu layihədə hidrogen izotopları digər enerji sərfiyyatı olmadan heliumun yaranması ilə əriyirlər. Tədqiqatçıların sözlərinə əsasən onlar bu layihə ilə daha böyük ölçülü reaktorların əldə etdikləri effektivliyə nail olmağı planlaşdırırlar. SPARC reaktor daxilində baş verən çox isti reaksiyaları yüksək təzyiqdə saxlamaq üçün maqnitlərdən istifadə edir. Bu reaktorun inşasısının 3-4 ildən sonra yekunlaşması, 2035-ci ildə isə istifadəyə verilməsi planlaşdırılır.
    Linki kopyala