Alimlər kosmik məkanda müstəqil şəkildə hərəkət edən çoxlu sayda planet aşkar ediblər

Alimlər kosmik məkanda müstəqil şəkildə hərəkət edən çoxlu sayda planet aşkar ediblər

Süni zəka və Elm
24.12.2021 PAYLAŞIM

    Alimlər Yer kürəsindən 420 işıq ili uzaqlığında kosmik məkanda müstəqil şəkildə hərəkət edən rekord sayda planet aşkar ediblər. Onların sayı yüzlərlədir. Bu hələ müşahidə edilmiş kiçik kosmik sahədə hərəkət edən planetlərin sayıdır. Bu məlumatlardan belə bir nəticəyə gəlmək olar ki, bütün Süd Yolu qalaktikasında qravitasiya öz ulduzu ilə qravitasiya əlaqəsinə sahib olmayan milyardlarla aşkar edilməmiş bu cür planet mövcuddur. Alimlər bu halın bu cür irimiqyaslı olduğunu güman etmirdirlər. Bunun fonunda nəhəng asteroidlər Yer kürəsinə təhlükə mənbəyi olan yeganə kosmik obyektlər deyillər. Qeyd etmək lazımdır ki, kosmik məkanda müstəqil şəkildə hərəkət edən planetlər hələ 20 il bundan öncə akar edilmişdilər. Lakin onların necə yarandıqları hələ də sirr olaraq qalır. Elm sahəsi bu cür planetlərin ulduzlararası soyuq məkanda yaranıb-yaranmadıqlarını dəqiq bilmir.

Ola bilər ki, sözügedən planetlər nə vaxtsa öz ulduzları ətrafında yaranıblar. Lakin daha sonra hansısa səbəblər nəticəsində onlar öz ulduzları ilə olmuş qravitasiya əlaqələrini itiriblər və beləcə ulduzlararası kosmik məkana çıxış ediblər.

    Ulduzlararası kosmik məkanda hərəkət edən az sayda planet aşkar edilib. Bu isə öz növbəsində onların araşdırılması prosesini qəlizləşdirir. İspaniyadan, Fransadan və Yaponiyadan olan astronomlar 20 il ərzində bu məsələ ilə bağlı 100 TB həcmində məlumat yığıblar. Alimlər Əqrəb-Sentavr adlı ulduzlar assosiasiyasını müşahidə ediblər. Qeyd etmək lazımdır ki, ulduzlar assosiasiyası zəif qravitasiya əlaqəsinə sahib olan və ya ümumiyyətlə olmayan cavan ulduzlar qrupudur. Bu cür ulduzlar eyni mənşəyə sahibdirlər və olduqca cavandırlar.


    Onların yaşı bir neçə 10 milyonlarla ili keçmir. Beləliklə alimlər Əqrəb-Sentavr adlı ulduzlar assosiasiyasını analiz edən zaman fon ulduzları ilə qalaktikaları istisna edərək ulduzlararası məkanda müstəqil şəkildə hərəkət edən 70-170 ədəd planetdən ibarət kataloq tərtib ediblər. Həddindən artıq uzaq məsafə (420 işıq ili) aşkar edilmiş planetlərin kütlələrini təyin etməyə imkan verməyib. Lakin buna baxmayaraq bu cür araşdırma Süd Yolu qalaktikasının ulduzlararası kosmik məkanında hərəkət edən bu cür planetlərin çoxluğunu sübut edib. Ola bilər ki, onların sayı ulduzlarının ətraflarında dövr edən adi planetlərin sayından daha çoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Super Yer sinifinə daxil olan planetlərdə həyat növü daha uzun müddət ərzində mö..

Alimlərin apardıqları yeni tədqiqatlara əsasən Super Yer sinifinə daxil olan planetlərdə həyat növü ..


Alimlər qeyri-adi formaya sahib yeni ekzoplanet aşkar ediblər

İnsanlara məlum olan planetlərin çoxu kürə formasındadır. Lakin ESA-nın (Avropa Kosmik Agentliyi) CH..


Alimlər karlik qalaktikanın mərkəzində ən kiçik qara dəliyi aşkar ediblər..

Alimlər Yer kürəsindən 110 milyon işıq ili uzaqlığında yerləşən Mrk 462 adlı karlik qalaktikada (bir..


Dünyada ilk dəfə xəstə adama GMO donuz ürəyi transplantasiya edilib

Əməliyyat və əməliyyat sonrası proseslərdə həkimlər hələ insanlar üzərində sınaqdan keçirilməmiş xüs..


Çinin Chang'e-5 aparatı Aydakı eniş nöqtəsində su aşkar edibmiş

Çin Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun alimləri Chang’e-5 adlı Ay aparatının ..


Alimlər uzaq məsafədə yerləşən maqnitarın böyük miqdarda enerji ifrazını müşahid..

Alimlər uzaq məsafədə yerləşən maqnitarda (çox güclü maqnit sahəsinə sahib neytron ulduz) çox güclü ..

×