Reklam
Alimlər kosmosun dərinliklərindən gələn sirli radio şüalanmaların mümkün mənbələrini təyin ediblər

Alimlər kosmosun dərinliklərindən gələn sirli radio şüalanmaların mümkün mənbələrini təyin ediblər

Süni zəka və Elm
20.04.2022 PAYLAŞIM

    Aparılmış yeni tədqiqat onu göstərib ki, məhv olan bəzi planetlər qışqırığa bənzər səs çıxardırlar. Alimlər isə öz növbələrində onları kosmik radio dalğa kimi qəbul edirlər. Çində yerləşən Nankin Universitetinin astronomu Yong-Feng Huang öz həmkarları ilə birlikdə aparmış olduğu tədqiqatın nəticələrini Astrophysics Journal adlı jurnalda dərc edib. Onlar güman edirlər ki, məhv olan planetlər 15 il bundan öncə kəşf edilmiş sürətli radio şüalanmaların (Fast Radio Burst / FRB) mənbəyidirlər. Məlumdur ki, həmin sürətli radio şüalanmalar kosmosun dərinliklərindən gəlib bizə çatırlar. 2007-ci ilə kimi elm sahəsi sürətli kosmik radio şüalanmalar barəsində heç bir məlumata sahib deyildi.

    Lakin 2007-ci ildə ilk dəfə olaraq bu cür şüalanma qəbul edilmişdi. Həmin vaxtdan indiyənə kimi alimlər kosmosun dərinliklərindən tez-tez qəbul edilən bu cür şüalanmaların mənbələrini təyin etməyə çalışırlar. Yong-Feng Huang öz yeni tədqiqatında güman edir ki, FRB yüksək sıxlığa sahib neytron ulduzların öz qonşu planetləri ilə qarşılıqlı əlaqələri nəticəsində yaranır. İdeyanın məğzi ondan ibarətdir ki, öz elliptik formalı orbitləri üzrə dövr edən qonşu planetlər ulduza o dərəcədə yaxın məsafədə yaxınlaşırlar ki, qravitasiya gücü sözün əsl mənasında həmin planetləri parçalara ayırır. Bu isə öz növbəsində planetlərin deformasiyasına və onların bəzi hissələrinin ayrılmasına gətirib çıxardır.


    Alimlərin sözlərinə əsasən planetlərdən ayrılmış həmin hissələr ulduz küləyi və şüalanması ilə qarşılıqlı əlaqədə olan zaman həqiqətən də güclü radio şüalanmalar yaranırlar. Astronomlar öz nəzəriyyələrini təkrar olunan 2 məşhur radio şüalanma üzərində yoxlayıblar. Birinci radio şüalanma 2016-cı ildə aşkar edilib və o, 160 gündən bir təkrarlanır. İkinci radio şüalanma isə 16 gündən bir təkrarlanır. Alimlər təsdiq ediblər ki, onların nəzəriyyələri təkrar olunan bu FRB-ləri tam şəkildə izah edir. Təkrarlanan radiosiqnalların tezlikləri isə ulduz tərəfindən parçalanan planetin hərəkət etdiyi orbitdən asılıdır. Ulduzun çox güclü qravitasiya cazibəsi planetin hər dəfə yaxın məsafədən keçidi zamanı onun orbitini dəyişə bilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Ayda nüvə energetikası: NASA Yer kürəsinin peykində nüvə enerqosistemini yaratma..

NASA ABŞ Energetika Nazirliyi ilə birlikdə Ayda yerüstü nüvə enerqosisteminin yaradılması layihəsi ü..


Günəş səthində böyüməkdə davam edən nəhəng ləkə güclü partlayışa səbəb olacaq..

20 iyun tarixində Günəş səthində nəhəng ləkə əmələ gəlib. 21 iyun tarixində isə onun ölçüsü 2 dəfə b..


Məşhur fizik: 'İnsanlar Marsa 2040-cı illərdən tez yollana bilməyəcəklər'..

Məşhur ingilis fizik Brian Cox-un sözlərinə əsasən insanlar 2040-cı ilə kimi Marsa uçuş barəsində dü..


Kompüter modelləşdirməsi Venera atmosferində həyat növünün olmadığını göstərib..

2020-ci ilin sentyabr ayında bir qrup amerikalı alim Venera atmosferinin yuxarı laylarında fosfin ma..


Alimlər Yupiterin nəhəng ölçüsünün səbəbini təyin ediblər

NASA-nın Juno adlı kosmik aparatı sonunda Yupiter planetinin bulud örtüyünün daxilinə nəzər yetirməy..


Saatda 2.2 milyon km sürət: Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektləri..

Amerikalı astronomlar Süd Yolu qalaktikasının ən sürətli kosmik obyektlərindən birini kəşf ediblər...

×