main-post-cover

    Alimlər laboratoriya şəraitində beyin neyronları yaradıblar və onlara kompüter oyunu oynamağı öyrədiblər

    Süni İntellekt
    14.10.2022
    Farid Pardashunas
        Cortical Labs adlı biotexnoloji startapın alimləri laboratoriya şəraitində beyin neyronlarını yaradıblar və onlara Pong oyununu oynamağı öyrədiblər. Mütəxəssislər bildiriblər ki, onlar ilk dəfə onu sübut ediblər ki, “mini beyin” müəyyən tapşırıqların yerinə yetirilməsi üzrə təlimatlandırıla bilər. 800 000 hüceyrədən ibarət sözügedən neyron qruplaşması DishBrain adını əldə edib. Nəticədə mütəxəssislər DishBrain-i Pong adlı kompüter oyununun işə düşdüyü sistemə qoşublar. Neyronlara göndərilmiş elektrik impulslar oyunda topun mövqeyini sərgiləyiblər.
        Hüceyrələrdən ibarət qruplaşma isə daxil olan məlumatlardan asılı olaraq virtual platformanı aşağı və yuxarı istiqamətdə hərəkət etdiriblər. Platformanın topa toxunduğu halda DishBrain çox güclü geri dönüş impulsu əldə edib. Platformanın topa toxunmadığı halda isə geri dönüş impulsu zəif olub. Alimlər qeyd ediblər ki, laboratoriya şəraitində yaradılmış neyronlar qruplaşması çox primitivdir və onun nəticədə şüur əldə etmə ehtimalı demək olar yoxdur. Lakin buna baxmayaraq DishBrain oyun daxilində 5 dəqiqlə ərzində təlimatlandırma üçün bütün imkanlara sahibdir.
        Məlumatda qeyd edilib ki, 20 dəqiqə ərzində Pong oyununu oynamaq nəticəsində DishBrain öz imkanlarının yaxşılaşdığını sərgiləyib. Aparılmış tədqiqata əsasən bu, hüceyrələrin yenidən təşkilinə, onların inkişafına və öyrənmə bacarıqlarına işarə edir. DishBrain alkoqol və müxtəlif dərman preparatlarının onun koqnitiv bacarıqlarına necə təsir göstərəcəyi mövzusundakı tədqiqatlarda istifadə ediləcək. Alimlər laboratoriya şəraitində yaradılmış beyin neyronlarının əsl insan beynini əvəz edə bilib-bilməyəcəklərini öyrənmək istəyirlər. Heç istisna deyil ki, bu cür orqanik fraqmentlər müxtəlif xəstəliklərin müalicəsi üzrə aparılan tədqiqatlarda da istifadə edilsin. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər