main-post-cover

    Alimlər laboratoriya şəraitində kiçik insan ürəkləri yarada biliblər

    Süni İntellekt
    24.08.2020
    Farid Pardashunas
        Miçiqan Universitetinin tədqiqatçılar qrupu laboratoriya şəraitində kiçik insan ürəklərinin yaradılması prosesini reallaşdıra biliblər. Alimlər ümid edirlər ki, bu üsulla insan orqanizmində olan ən əsas orqanlardan birinin və onunla bağlı anadangəlmə xəstəliklərin tədqiqatı mümkün olacaq. Bu barədə Engadget saytı xəbər verib. İnsan orqanizminin ən vacib orqanlarından birinin canlı prototipini yaratmaq üçün tədqiqatçılar kök hüceyrələrindən və ana bətnindəki embrional inkişaf üsulundan istifadə ediblər.
        Bir neçə həftə ərzində alimlər kameralara və damar toxumalarına sahib funksional mini ürək yarada biliblər. Eksperiment çərçivəsində əldə olunmuş təcrübə andangəlmə ürək qüsurlarının modelləşdirilməsində və tədqiq olunmasında istifadə olunacaq. Lakin bu cür təcrübənin aparılmasının əsas üstünlüyü qısa müddətdə lazımi sayda süni ürəklərin yaradılması imkanıdır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər