main-post-cover

    Alimlər Marsda raket yanacağını bakteriyalar vasitəsilə istehsal etməyi təklif ediblər

    Süni İntellekt
    01.11.2021
    Farid Pardashunas
        Corciya Texnologiya İnstitutunun alimlərinin sözlərinə əsasən Mars planetindən Yer kürəsinə geri uçuşu reallaşdırmaq üçün nəzərdə tutulmuş yanacağı ora daşımaq lazım deyil. Alimlər əmindirlər ki, yanacağı bakteriyalar vasitəsilə Marsda istehsal etmək mümkündür. Marsda insanlar üçün daimi yaşayış koloniyasının yaradılması üçün yanacaq və oksigen lazımdır. Bu ehtiyacların müəyyən miqdarını insanlar Marsa özləri ilə daşıya bilərlər. Lakin kosmik gəmilərdə bu ehtiyacların yerləşdirilməsi üçün olan yerlər məhdud saydadır.
        Buna görə də problemin ən uyğun həll yolu lazımi materialların yerindəcə istehsalıdır. Yerindəcə istehsalat konsepsiyasının ideyası öz növbəsində Marsdakı mövcud resurslardan istifadəyə əsaslanır. İlk növbədə söhbət, CO2 qazından, Günəş işığından sudan gedir. Marsda su planetin qütblərində buz şəklində mövcuddur. Bütün bu resursların lazımi materiallara çevrilmələri üçün isə sianobakteriyalar lazım olacaq. Sianobakteriyalar atmosferdən CO2 qazını yığaraq şəkər yarada bilirlər.
        Bu həmçinin E.coli adı ilə tanınan xüsusi növ bakteriyaların iştiraklarını da tələb edəcək. Belə ki, E.coli adı ilə tanınan xüsusi bakteriyalar əldə edilmiş şəkərin raket yanacağına çevrilməsində iştirak edəcəklər. Alimlərin fikirlərinə əsasən bu ideya Marsda insan koloniyasının yaradılma prosesini sürətləndirəcək və həmçinin layihənin qiymətini bir qədər aşağı salacaq. Onu da qeyd etmək lazımdır ki, yanacağın bu cür istehsal prosesi nəticəsində həmçinin 44 ton təmiz oksigen əldə ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər